Çexiyanın kəşf olunmamış xəzinəsi – Brno

Nəhayət uzun çək-çevirdən sonra sayyeahət blogumuzu yaratdıq və budur ilk yazımı yazıram. Haqqında yazacağım ilk şəhər Çexiyanın ikinci, Moravia regionunun ən böyük şəhəri olan Brno şəhəridir. Təxminən keçən ilin bu vaxtları idi, Brnoda Marketing Festivala qatılmaq qərarına gəlmişdim. Həm festivalda iştirak edərəm, həm də gəzərəm deyib şəhəri də gəzməyi qərara almışdım. Araşdırdığım məlumatlardan təxmini belə bir mənzərə yaranırdı ki, festival günlərində günün sonu (halbu ki, festivalın sonu partilərlə, əyləncə ilə elə məşğul oldu ki, günün sonunda ancaq qaldığım evə getməyə vaxt tapdım) və əlavə bir gün qalsam şəhəri demək olar tam gəzə bilərəm.

Brno Main Train Station Sept 2013 - 09
Brno mərkəzi dəmir yolu vağzalı

Əlqərəz, Budapeştin Keleti dəmir yol stansiyasından gediş-gəliş biletimi alıb yola düşdüm Brnoya. Təhsil üçün köçdüyüm Budapeştdən sonra bu ilk səfərim olacaqdı deyə, açığı bir az həyəcanlı idim. Öncədən deyim ki, Brno öz gözəlliyi ilə həyəcanımı bir az da artırdı. Qeyd edim ki, Brno çox tez-tez Avropanın turistlər tərəfindən kəşf olunmamış amma mütləq səyahət edilməli olan top 10, top 20 şəhəri arasında olur. Yaxında olan şəhərlərə – Budapeşt, Vyana, Bratislava və ya Praqaya gəlmisinizsə məncə heç tərəddüd etmədən bir gününüzü ayırıb Brnoya da baş çəkin. Peşman olmassınız. Bundan başqa Brno həm də məşhur yazar Milan Kunderanın doğulduğu və ilk əsərlərini yazdığı şəhərdir.

422913080_407169467a_b
Brno və St Peter və Paul katedralı

Brnoya getmək üçün ən asan yol Budapeşt, Vyana, Bratislava ya da Praqadan avtobus və ya qatarladır ki, məncə əlinizə Brnoya getmək fürsəti düşsə çox da şey eləmiyin daha rahat olan qatarı seçin ya da daha ucuz olan avtobusu özünüz bilin. İndi isə keçək “necə getmək olar?” sualından sonra verilən “harda qalmaq olar?” sualına. Cibinizdəki pulun məbləğindən asılı olaraq oteldə otaq kirayələmək istəsəniz booking.com bu işdə yardımçınız olacaq. Yox əgər otel darıxdırıcıdır, həm də bir az turistlərlə qaynayıb qarışmaq istəyirəm, “mənə hostel verin, o tənha qalıb” desəniz bu dəfə yardımınıza hostelworld.com çatacaq. Digər seçimlər isə airbnbdə otaq ya ev kiralamaq və ya couchsurfingdə (bu haqda ətraflı yazacam) Brnolularla onların evini ödəniş etmədən bölüşməkdir.

Çexiyanın pul vahidi çex kronudur (həyatımda tapdığım ən böyük pul 200 çex kronu olub deyəsən, ola bilsin Brnonu həm də ona görə çox sevirəm 😀 ). Hal-hazırda 1 manat 24-25 çex kronu ətrafındadır. Bütün şəhərlərdə olduğu kimi, Brnoda da çalışın dəmir yolu vağzalı və yaxın ətrafında pul dəyişməyəsiniz.

starobrno1

Gəldik “Brnoda nə yeməli, nə içməli mövzusuna?”. Çexiya deyəndə ağıla gələn ikinici şey məhz çex pivəsi olduğundan, Brnoya gəlsəniz StaroBrno pivəsinin dadına mütləq baxılmalıdır. Bundan başqa KrusoviceKozel də ən məşhur çex pivələrindəndir. Çexiyaya məxsus digər alkaqollu içkilərdən isə mualicəvi otlardan hazırlanan Becherovkadan (mən bəyənməmişdim amma yenə də bir dəfə dadına baxmaq olar) istəsəniz bir 50 qram vura bilərsiniz. Moravia bölgəsinə məxsus olan gavalıdan hazırlanan slivoviçe adlı yerli brendi növü də dadına baxılmalı olan içkilərdəndir. Bundan başqa Çexoslovakiya dövründə məşhur olmuş kofola (Çexoslavakiya Coca-colası) da gəlmişkən bundan da içim dedirdən içkilərdəndir. Yemək məsələsinə gəldikdə bütün mərkəzi Avropada məşhur olan qulyaş supunun azacıq başqa formasına burada da rast gəlmək olar. Mütləq dadına baxılmalı olan təam isə yerli dildə adı Smažený sýr (qızardılmış pendir) olan, həm boşqabda, həm də burger kimi servis olunan yeməkdir. Əsl bizim malımızdır, tutumlu və doyuran Dədə Qorqud demişkən. Son olaraq yemədən geri qayıdılmamalı olan, yenə də Mərkəzi Avropanın bütün ölkələrində tapa biləcəyiniz, çex dilində isə adı trdelnik olan baca keksidir. Manqalda közün üstündə bişirilənini görsəniz yanından düz keçməyin mütləq birini alıb dadına baxın.

asasas
Çex dilində adı “trdelnik” olan baca keksi

Gecə həyatı və əyləncə baxımından Brno ən ideal yerlərdən biridir. Tədbirin özünün xüsusi parti məkanları var idi deyə, daha ətraflı gəzib öyrənə bilmədim amma Brnonun tələbə şəhəri və turistik Praqadan daha ucuz olmağı deyilənə görə Brnonu aktiv əyləncə və gecə həyatı şəhəri edir.

İndi isə gəldik əsas məsələyə, “Brnoda haraları gəzməli, görməli?” sualına. Brnoda tikililər sanki Praqa və Vyananın qarışığıdır. Hərəsindən bir az bir az. Şəhərdə çox sayda kilsə var. Bunlardan maraqlı memarlıq nümunələri olanlar St. Michael’s, St. Mary Magdalene, St. Josepgh, St. JamesComenius kilsələridir.

İlk görülməli yer Namesti Svobody adlı Azadlıq meydanıdır ki, şəhərin əsas meydanıdır və ətrafı tarixi binalarla əhatə olunub. Meydanın düz ortasında isə Brno saatı adlandırılan 6 metr hündürlüyündə qara gülləyə bənzər bir qüllə ucaldılıb. Deyilənə görə günün müəyyən vaxtlarında bu mexanizmaya baxaraq saatı müəyyən etmək olur, mən bir neçə dəfə cəhd etdim alınması, siz tapsanız bizimlə də bölüşün. Hətta tutuzdura bilsəniz saat tam 11də qüllənin xüsusi yerindən bir neçə saniyəlik rəngli bir kiçik top çıxır, vaxtında hərəkət etsəniz Brnodan özünüzə yadigar saxlaya bilərsiniz.

qsa
Brno saat qülləsi

Meydanın digər tərəfində isə mərkəzi Avropada az qala bütün şəhərlərdə görə biləcəyiniz Vəba sütunudur. Orta əsrlərdə (tarix dəqiq omaya bilər,keçin günahımdan) Mərkəzi Avropanı ağuşuna alan Vəba xəstəliyindən şəhərlərin müqəddəsləri şəhəri qorusun deyə vəba sütunları ucaldırmışlar.

Bu meydandan başlayaraq dəmir yolu vağzalına kimi Brnonun “tarqovusu” uzanır. Hər iki tərəfində mağazalar, restoranlar və ticarət mərkəzləri olan bu yol nəqliyyat üçün qapalıdır. İstanbulun İstiqlalprospekti kimi ortasından bir tramvay xətti keçir.

Növbəti görülməli yer St Peter və Paul katedralıdır. Fikrimcə şəhərin məhz simvoludur bu katedral. Xüsusilə axşam vaxtı əla işqılandırılır və hava da bir az dümanlıdırsa özünüzü nağıllar aləmində hiss edəcəksiniz. Bura abidəni görmək ən birinci mütləqlərdəndir (çox qəliz cümlə oldu deyəsən J ). Katedral Roma, qotik və barok üslubların hər birini özündə əks etdirir, bunlar nədir deyə soruşsanız, açığı mən də bilmirəm amma qaynaqlar belə deyir.

20141031_175734
St Peter və Paul Katedralı

Katedralın arxasında bütün Brnoya mənzəsəri olan Denisovy Sady adlandırılan Denis Bağları parkı yerləşir. Burdan xüsusilə günəşin batışını izləmək ayrıca bir zövq verir. Şəhərin digər maraqlı binası olan, keçmişdə məhbusların saxlanıldığı Sbilberq qalasını da məhz burdan görmək olar, sonradan düşüb daha yaxından ziyarət etmək də məsləhət görülür. Bundan başqa şəhər mərkəzində olan yeraltı Brno labirinti də şəhərin görülməli yerlərindədnir.

Digər görülməli yer, mən orda olan zaman təmirə bağlandığından baş çəkə bilmədiyim St james kilsəsinin altında yerləşən Brno Ossuarysidir. Məkan 2001ci ildə aşkar olunub, əsasının 17ci əsrdə qoyulduğu güman olunur və 50 mindən artıq insanın skeletini özündə qoruyur. İçərinin abu-havası bir az qəribə bir az qorxuludur. Divarlar və bütün interyer insan sümükləri və kəllələri ilə bəzədilib.

qü
Manşet girin

Yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Sayyeah blogun yazılarından ilk xəbər tutmaq istəyirsinizsə sağ tərəf yuxarıda olan “abunə ol” düyməsinə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər 🙂

Yazını hazırlayan Sayyeah: Babək Musa-Zadə

3 şərh Add yours

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma