Təyyarəniz gecikirsə və ya ləğv olunubsa nə etməlisiniz?!

Tez-tez səyahət etmək, tez-tez təyyarə ilə harasa səfər etmək deməkdir və təyyarə ilə tez-tez səfər edərkən uçuşdan əvvəl, sonra və ya uçuş zamanı olan problemlərlə tez-tez qarşılaşırsan. Bu yaxınlarda, müsəlmanın bu yaxını, noyabr ayının sonunda Skandinaviya ölkələrinə sayyeahət edirdim (daha dəqiq İsveç və Danimarka, 2 ölkə haqqında da yazımız olacaq ayrıca). Həmişəki kimi, WizzAirlə biletlərimizi alıb heç bir problem olmadan Budapeştdən İsveçin Malmö şəhərinə yola düşdük, Qayıdanda, hava limanında çekindən keçdim. Uçuşun vaxtına hardasa 10 dəqiqə qalmasına baxmayaraq hələ də uçuş qapıları açılmamışdı, hamı mənim kimi ayaqüstdə qapının önündə gözləyirdi. Elə bu vaxt WizzAir hava yollarının nümayəndəsi yaxınlaşıb bildirdi ki, təyyarədə texniki nasazlıq var, nasazlıq aradan qaldırılana kimi gözləmək məcbutiyyətindəyik. Bu hallarda adətən çox işlənən bir kəlimə var “bizdən asılı olmayan səbəblərdən”, dünyanın harasında olursunuzsa olun şirkət nümayəndəsi məhz nitqini bu sözlə açacaqdır 😀 Təxminən 1 saatdan sonra bütün sərnişinlərə bir səhifəlik kağız paylandı ki, təyyarə gecikdiyinə görə şirkət bizi nələrlə təmin etməlidir və edəcək. Mən də azərbaycanlı marağımdan dedim bir internetdə araşdırma edim görüm əslində necə olmalıdır, onsuz da vaxtım çoxdur 🙂 Çünki universitet illərimdə turizm sahəsində təhsil aldığımdan nəqliyyatla bağlı dərslərdən yadımda idi ki, Ümumdünya Mülki Aviyasiya Komitəsi uçuşlar zamanı sərnişinlərin hüquqlarını qoruyan təməl qanunlar qəbul edib, sonradan bu qanunlar regionlara görə daha da təkmilləşdirilib.

flight_delat_geciken_uchush

Səyahətdən xaric oxu 1: Kiyev bələdçisi

Uçuşların təxirə salınması, gecikməsi və ya istiqamətinin dəyişməsi adətən 2 səbəbdən olur: fövqaladə hadisələr (əlverişsiz hava şəraiti – qatı duman, qar, fırtına, donma, vulkan püskürməsi və s., terror hadisəsi, təyyarə qəzası, işçi tətilləri və s.) və aviaşirkət tərəfindən yaran səbəblər.

Sözü uzatmadan keçirəm mövzuya. Təyyarə gecikdiyi halda nə etməlisiniz? Uçuşunuz təxirə salındığı halda ne edə bilərsiniz? Uçuşunuzun gecikməsi, təxirə salınması və ya istiqamətinin dəyişməsi hallarında hansı hüquqlarınız var?

– Uçuşunuzun gecikmiş sayılması üçün, gedəcəyiniz məkana 3 saatdan gec çatmış olmanız mütləqdir. Məsələn sizin təyyarəniz artıq 3 saat 15 dəqiqədir gecikir amma siz gedəcəyiniz yerə 2 saat 50 dəqiqə gecikmisinizsə bu gecikmə sayılmır. Bəzən olur ki, pilotlar gecikmə zamanı təyyarəni daha sürətlə “sürürülər”. Bir dəfə başıma gəlib Lyondan Münhenə üçan zaman. Pilot təxmini belə bir cümlə dedi: “çalışacam sizi ən qısa zaman getdiyiniz yerə çatdırım” və normal uçuşdan daha qısa zamanda çatdırdı 😀

British Airways agents assist passengers at the British Airways

– əgər uçuşunuz gecikirsə şirkət sizi 2 dəfə e-mail, telefon, fax və ya internetlə təmin etməlidir.

– əgər gecikmə 2-3 saat arasıdırsa hava yolları şirkəti sizi isti və ya soyuq içkilərlə təmin etməlidir. Yox əgər gecikmə 3 saatı keçərsə şirkət hər 3-5 saatdan bir sizi qidalanma ilə təçhiz etməlidir. Bizim halda WizzAir 3 dəfə 8 avroluq kuponlar verdi ki, aeroportda bununla özümüzə sendviç və içki alırdıq.

Səyahətdən xaric oxu 2: Sevgi şəhəri – Paris

– əgər təyyarəniz 8 saatdan çox gecikirsə hava yolları şirkəti sizə otelə yerləşdirmək imkanı tanımalıdır. Əgər istəsəniz ən yaxınlıqda olan oteldə gecələyə bilərsiniz, otelin xərcləri isə hava yolları şirkəti tərəfindən ödənilir. Təyyarə 13-14 saata yaxın gecikdiyindən mən WizzAirin nümayəndəsi ilə danışdım və məni aerportdan 200 metr məsafədə olan otelə yerləşdirdilər. Bu halda əgər gündə bir dəfə uçuş həyata keçirilirsə, sizin biletiniz ləğv olunur və siz yalnız növbəti reyslə uça bilirsiniz. Məsələn hər gün günorta 15:00 uçuş olursa və sizin uçuşunuz gecikirsə, oteldə qalmaq varyantını seçəndə siz gecikən uçuşun nə vaxt bərpa olunduğundan asılı olmayaraq növbəti gün saat 15:00 reysi ilə uçacaqsınız.

sofitel-athens-airport-mitsis-hotels-greece-5

Bunlar fövqaladə hallar zamanı uçuşunuz gecikərsə hava yolları şirkətinin sizə mütləq etməli olduğu yardımlardır. Bir də uçuşunuzun hava yolları şirkətinin günahı ucbatından təxirə salınması, gecikməsi halı var. Əgər gecikmə vəya təxirə salınma şirkətin günahı ucbatından baş verərsə o zaman şirkət sizə komepnsasiya ödəməlidir. Bəs hansı hallarda şirkət sizə kompensasiya ödəməlidir?

Uçuşunuzun gecikmiş və ya təxirə salınmış sayılması üçün yenə də 3 saat qaydası keçərlidir. 3 saatdan qısa zamanda şirkət sizi uçuşla təmin edərsə heç bir kompensasiya ala bilmirsiniz. Yox əgər bu müddət 3 saatı keçərsə

– gedəcəyiniz məsafə  1500 kmdən çoxdursa – 250 avro

– 1500 – 3500 km arasıdırsa – 400 avro,

– 3500 kmdən çoxdursa – 600 avro kompensasiya almaq hüququnuz var. Amma təxirə salınma 3 saatdan çox olmalıdır və səbəb təbiət hadisələri və ya fövqaladə hallar olmamalıdır.

Bunlar şirkətin sizin qarşınızda öhdəlikləri idi. Şirkət gecikmə və ya təxirə salınma hallarında nələr edə bilər və nələr etməlidir. Bəs indi görək, özümüz özümüz üçün nələr etməliyik. Axı saatlarla (bəzən tək-tənha) hava limanında uçuşumuzun vaxtını gözləməliyik.

survive-airport-delays

Səyahətdən xaric oxu 3: Ucuz səyahət tövsiyyələri – gecələmə

Uçuşun gecikməsi ilə bağlı ilk anonsu aldıqdan sonra çalışın şirkət nümayəndəsindən gecikmənin nə qədər olması ilə bağlı nəlumat alasınız. Bir çox hallarda nümayəndələr özləri də bilmirlər ona görə dəqiq cavab verməyəcəklər amma hər halda soruşun 🙂 Sonrakı addım kimi özünüzə rahat və elektrik qaynağına yaxın yer tutun. Çünki telefonunuzun, tabletinizin zaryatkası bitərsə, xüsusilə də yalnız uçursunuzsa hava limanı elə də əyləncəli bir yer deyil başınızı qatmağa nəsə lazım olacaq. Rahat yerinizi seçdikdən sonra yaxında olanlarla da ünsiyyətə keçə bilərsiniz, həmdərd olduğunuzdan bir az gecikmənin səbəblərindən danışa, hava yollarını pisləyə və ya aeroportlarda başınıza gələn əhvalatlardna danışa bilərsiniz amma onları ilk dəfə gördüyünüzdən çox çətin ki, uzun və maraqlı həmsöhbət olsunlar sizə. Bəzən elektrik qaynaqları oturacaqlardan uzaqda ola bilər ona görə də telefonunuzu şarj edərkən yerdə oturmağı gözə almaslısınız, bəzən başqa şansınız olmur. Digər bir məsələ isə çalışın qulaqcıqlardan istifadə edərkən bir qulaqcıqla qulaq asın musiqiyə və ya kinoya, çünki uçuşla bağlı bütün yeniliklər, qidalanma vaxtları ilə bağlı bütün anonslar aeroportda elan olunur, mümkündür ki, anonsu eşitməyəsiniz və yemək fasiləsindən xəbəriniz olmasın.

the-20-most-weather-delayed-flight-routes-in-america

Bu blogumuzun da yekununa gəldik, ümid edirik ki, maraqlı və lazımlı məlumatları sizinlə paylaşa bildik. Uçuşlarınızın gecikməməsi ümidi ilə…

Yazını hazırlayan Sayyeah: Babək Musa-Zadə

6 şərh Add yours

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma