Mərkəzi Avropanın incisi Budapeşt – 1 ci hissə Buda

Əslində Budapeşt haqqında uzun zamandır yazmaq istəyirdim, amma mümkün olmurdu. Gah araya Almaniya yazısı girdi, gah Kiyev, bu dəfə, gələn səfər deyə-deyə indiyə qismət oldu. Il yarımdır Budapeştdə yaşadığımdan, bu şəhər haqqında yazılacaq çox şey var, tələbəliyimin bir hissəsi bu şəhərdə keçdiyindən bütün turistik və non-turistik əyləncə və istirahət məkanları haqqında az-çox bilirəm. Ona görə də Budapeşt haqqında yazı 2 ola bilsin ki, 3 hissədən ibarət oldu.

budapest

Budapeşt Mərkəzi Avropanın deyərdim ki, ən az qiymətləndirilmiş şəhərlərindən birincisidir. Dostlar, tanışlar Budapeştə ilk dəfə gələn zaman dedikləri ilk söz “woooow Budapeşti belə gözəl təsəvvür etmirdim” olur. Yəqin çoxlarınız bilirsiniz, Budapeşti Dunay çayı iki hissəyə bölür Buda və Peştə. Yazının daha sonrakı hissələrində və bölümlərində bu haqda daha ətraflı məlumat verəcəm. İndi isə gələk Budapeştə necə getməli sualına?

Səyahətdən xaric oxu 1: Almaniya – Rhine-Ruhr səyahət yazısı

Budapeştə getmək üçün bu dəqiqə ən sərfəli üsullardan biri qatarla, avtobusla Kutayisiyə gedib oradan WizzAirlə Budapeştə getməkdir amma və lakin bu ilin mart ayının sonundan WizzAirin Bakı – Budapeşt birbaşa reysi açılır və tək tərəf üçün kiçik bel çantası ilə biletin qiyməti 50 avrodan başlayır. Bundan başqa əgər Avropadasınızsa Budapeşt Avropanın demək olar ki, tam mərkəzində olduğundan digər yaxın ölkələrdən avtobus, qatarla bir az şimalda və cənubdakı ölkələrdən isə ucuz – low coster hava yollarının təyyarələri ilə Budapeştə gəlib çata bilərsiniz. Unutmayın ki, Macarıstan Şengen ərazisi olduğundan Budapeştə getmək üçün mütləq Şengen vizası almalısınız. Şengen vizası üçün ödəniş haqqı 35 avrodur. Viza üçün qeydiyyat formunu bu linkdən dolduraraq viza əldə edə bilərsiniz.

02
Buda tərəfi

Budapeşt hava limanından şəhərə necə getmək olar? Qeyd edim ki, Budapeştin şəhər içi nəqliyyat sistemi Avropada ən yaxşılardan hesab olunur və 24 saat nəqliyyat var şəhərdə. Hava Limanından şəhərə getmək üçün səhər saat 4-dən gecə yarısına kimi 200E nömrəli avtobusdan istifadə edə bilərsiniz, gecə yarısından səhər 4ə kimi isə 900 nömrəli gecə avtobusundan. Ümumiyyətlə 900lə başlayan avtobuslar (yəni 931, 909, 956 və s.) hamısı gecə avtobuslarıdır. 200E Hava limanından başlayır və sonuncu dayanacağı 3cü və ya göy metro xəttinin başlanğıcında Kőbánya-Kispest metro stansiyasında bitir. Buradan göy xətt metroyla gedib digər xəttlərə dəyişə bilərsiniz. Nəqliyyat biletləri 350 macar forintdir təxminən, 1.15 avro. Bundan başqa 72 saatlıq və 7 günlük nəqliyyat biletləri də var. Biletləri avtobus sürücülərindən (200E reysinə aiddir) və ya dayanacaqlardakı bilet maşınlarından ala bilərsiniz.

Səyahətdən xaric oxu 2: Minimum xərclə siyahət təşkil etmə 1-ci hissə

03
Buda tərəfi – tarixi hissə

Budapeştdə istənilən məkandan istənilən yerə Google Mapsın köməkliyi ilə çox rahat gedə bilərsiniz. Sadəcə gedəcəyiniz məkanı qeyd edərək ora necə və hansı nəqliyyat vasitələri ilə gedə biləcəyinizi öyrənə bilərsiniz. Bu üsul sınanılıb, yoxlanılmışdır, ilyarımdır Budapeştdə gedəcəyim yerləri ancaq elə tapıram 🙂

İndi isə gələk Budapeştin gəzməli və görməli yerlərinə. Yuxarıda da qeyd etdiyim kimi şəhər Buda və Peşt adlı iki hissəyə bölünür. Dunay çayının qərb hissəsi Buda hissəsidir və təpəliklərdə yerləşir. Peştə nisbətən Budada yaşıllıq ərazi daha çoxdur və küçələr dar və ensizdir. Bu dar və ensiz küçələr Budaya Paris Montrmartesinə özəl gözəllik verir.

Peşt tərəfdə isə küçələr daha enlidir və şəhərin ürəyi dmeək olar ki, burada döyünür. Budada çox az sayda klublar, barlar və restoranlar var. Budayla müqayisədə Peştdə olan restoran, klub və əyləncə məkanlarının sayı-hesabı yoxdur.

01.png
Macarıstan Milli Qalareyası və Buda qəsri

Səyahətdən xaric oxu 3: Sevgililər üçün Paris bələdçisi

Görməli yerlərin çoxu Peştdə olduğundan ilk öncə Budanın görməli yerlərindən bəhs edəcəm. Budada diqqəti ilk cəlb edən təpəliyin üzərində yerləşən Buda qəsridir (Buda castle). Qəsrin 800 ilə yaxın yaşı var. Qəsr Budanın ən qədim hissəsində yerləşir və ətrafda kiçik 2-3 mərtəbəli qədimi və rəngarəng evləri görə bilərsiniz. Qəsrin tam yanında Macarıstan Milli Qalareyası yerləşir, rəsm azarkeşləri üçün ideal bir məkandır. Qəsr təpənin üzərində yerləşdiyindən qəsrin yanına getmək üçün təpəyə qalxmalısınız. Əgər mən şəh tənbəli turistəm deyirsinizsə, Dunay çayının sahilindən funiklyorla düz Buda Qəsrinin yanına gedə bilərsiniz. Funiklyora minmədən öncə isə funiklyor dayanacağının önündəki “0 km” abidəsi ilə selfi etməkdə olar. Bu abidənin yanında yerdə Macarıstanın digər şəhərlərindən Budapeştə olan məsafə göstərilib.

Qəsrdən bir neçə yüz metr məsafədə Matiyas kilsəsi (Matthias church) yerləşir. Kilsənin tam olaraq 1001 yaşı var və 1015-ci ildə tikilib. Sonradan 14 və 19cu əsrdə bərpa olunub. Bərpa olunan zaman kilsə qotik üslübdə bərpa olunub. Kilsənin içərisi çox maraqlı və rəngli ornamentlərlə bəzədilib. Evlənən cütlüklərin ən çox seçdiyi məkanların başında Matiyas  kilsəsi gəlir. Kilsənin tam yanına Balıqçılar bürcü (Fisherman’s bastion) yerləşir. Bura Budapeştli gənclər üçün ən məşhur yerlərdən biridir. Deyilənə görə buradan Peştə və Dunaya açılan möhtəşəm mənzərə qarşısında romantikaya dalan gənclər, ilk öpüşlərini məhz elə burda həyata keçirirlər 🙂 Budanın digər görməli yeri isə Gellert təpəsi və abidəsidir, buradan demək olar ki, bütün Budapeşt ayaqlarınızın altında görsənir.

04
Fisherman’s Bastion – Balıqçılar bürcü

Səyahətdən xaric oxu 4: Minimum xərclə siyahət təşkil etmə 1-ci hissə

Gellert təpəsindən Dunayın sahilinə düşəndə burada Mağara Kilsə (Cave Chruch) deyilən bir kilsə var. Kilsə tamamilə mağarada, qayalıqların içərisində yerləşir. İçəri girərkən adamı tamamilə fərqli bir atmosfer qarşılayır.

Budanın ən maraqlı yerlərindən biri də Gül Baba Türbəsidir. Gül Baba Osmanlı dönəmində Türkiyədən Avropaya misionerlik fəaliyyəti üçün göndərilmiş, çox hörmətli bektaşi liderlərindən olub. Uzun müddət Budapeştdə yaşayıb və bu türbədə dəfn olunub. Macarlar buranı Gulu Babba kimi tələffüz edirlər, adama elə gəlir ki, Afrikalı filandır 🙂 Yeri gəlmişkən Budapeştə açılan ən gözəl mənzərələrdən biri də buradandır.

06
Margaret İsland – Marqeret adası

Türbədən çıxıb Margaret körpüsü ilə piyada Margaret adasına gedə bilərsiniz. Margaret adası Dunay çayında yerləşən 3 təbii adadan biridir, digərləri isə ObudaCsepel (Çepel) adalarıdır. Adaların hər 3ü Budanın ərazisinə düşür və mərkəzə ən yaxın olanı Margaret adasıdır. Ada 2 təfədən də körpü ilə giriş-çıxışla təmin olunub hətta adanın mərkəzindən avtobus xətti keçir. Ada başdan-başa yaşıllığa bürünüb, hər tərəf, ağaclıq, gül-çiçəklik və çəmənlikdir. Xüsusilə yaz-yay aylarında şəhərin qaynar həyatından başıvı götürüb qaçmaq üçün ideal bir məkandır. Adanın içində, kiçik bir neçə kafe, boyük üstü-açıq hovuz, Palatinus aquaparkı, velosiped kirayələmək üçün yerlər var. Bundan başqa adada Yapon bağları adlı kiçik ərazidə balıqlar üçün hovuzu görmək olar və Margaret körpüsüylə adaya girdikdə elə girişdəcə musiqili fontan var, ilin isti fəsillərində fontanın yanındakı oturacaqlarda demək olar ki, boş oturacaq tapmaq olmur.

Səyahətdən xaric oxu 5: Gözəl qızlar şəhəri – Kiyev bələdəçisi

İndi isə gəldik, mərkəzdən azacıq uzaq olsa da mənim sevimli adam olan Obudaya. Obuda adasını sevimli edən şey hər ilin avqust ayında adada Avropanın ən böyük musiqi festivallarından biri olan Sziget Festivalın keçirilməsidir. Keçən il bu festivalda 500 000 adam iştirak etmişdir. Bu il 10-17 avqust tarixlərində keçiriləcək festivalın keçən ilki 100dən çox qonağı arasında Martin Garrix, Robbie Williams, Ellie Goulding, Avicii, Major Lazer və 10larla məşhur ifaçı və qrupları görmək, onları canlı-canlı dinləmək olardı. Festival zamanı gündüzlər əyləncəli oyunlar, yarışlar keçirilir, axşamlar isə səhərə qədər 10a yaxın səhnədə fərqli-fərqli ifalar. İstəsəniz Dunay çayının sahilində yaradılmış kiçik çimərlikdə dincələ də bilərsiniz. Adam 1 həftə tamamən musiqi cənnətinə düşür sanki. Rəsmi videodan festivalın necə əyləncəli keçdiyini görə bilərsiniz.

Buda ilə Peşti Dunay çayı üzərindən 8 ədəd körpü birləşdirir. Bu körpülərdən ən tarixi və arxitektur əhəmiyyətlisi ZƏncirli və ya Şirli Körpü adı ilə tanınan Chain Brdigedir. Körpünün hər iki tərəfində dayanan 4 aslan sanki körpünün keşiyini çəkir. Körpünün çox maraqlı tarixi var. Belə ki, rəvayətə görə körpünü tikən memar deyir ki, bu körpüdə kimsə bir qüsur tapsa mən özümü öldürəcəm, elə bu vaxt orada olan uşaqlardan biri deyir ki, aslanların ağzında dili yoxdur. Aslanların ağzında doğrudan da dili olmadığını görən memar özünü Dunay çayına atır. Bu körpü ilə o başa-bu başa keçib, Budadan Peştə, Peştdən Budaya səyahət edə bilərsiniz.

Buda haqqında bu qədər, növbəti yazı bir neçə gündən sonra olacaq bu dəfə isə Peştdən yazacağıq. Peştdə görməli yerlər daha çoxdur. Yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Sayyeah blogun yazılarından ilk xəbər tutmaq istəyirsinizsə sağ tərəf yuxarıda olan “abunə ol” düyməsinə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər 🙂

Yazını hazırlayan Sayyeah: Babək Musa-Zadə

 

Advertisements

6 şərh Add yours

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma