Addım-addım WizzAir bilet alışı

Blogumuzun facebook səhifəsinə gələn sualları görüb, qərara aldım ki, bloqda yeni bir bölmə açım. Bu bölmədə, blogda, e-maildə səyahətlə yaxından, uzaqdan əlaqəli olan mövzulardan ünvanladığınız suallara cavab tapmağa çalışacağıq. Bölmənin adı “Suallar” olacaq. Bu dəfə Facebook səhifəmizə “WizzAirin saytında olan check-in nədir” sualı gəlib və mart ayının 27dən WizzAirin Bakıdan birbaşa Budapeştə uçuşlarının başladığının nəzərə alıb istədim, WizzAirdə bilet alma prosedurunu sizinlə paylaşım. WizzAirlə hardasa 8-10 dəfə uçduğumdan düşündüm ki, təcrübəmi sizinlə də paylaşsam yaxşı olar 🙂 Saytdan götürdüyüm printscreenlərin köməkliyilə çalışacağam daha asan şəkildə izah edim.

WizzAir saytna girdikdən sonra axtarış bölməsinə hansı şəhərdən hansı şəhərə uçmaq istədiyinizi, gediş və dönüş tarixlərinizi və neçə nəfər olduğunuzu qeyd edib “search” düyməsinə klikləyirsiz. Qarşınıza belə bir səhifə çıxacaqdır.

01

Səyahətdən xaric oxu 1: Mərkəzi Avropanın incisi Budapeşt –  2ci hissə
Basic qiymətə online check-in və kiçik bel çantası daxildir, əlavə xidmətləri istəsəniz ödəniş etməklə ala bilırsiniz. Plus paketinə isə yer seçimi, uçuş vaxtının pulsuz dəyişdirilməsi, hava limanında və ya online check-in, 32 kq-a qədər böyük baqaj, təyyarənin salonuna özünüzlə keçirə biləcəyiniz 56x45x25 sm ölçülü bir baqaj və təyyarəyə minərkən sırada gözləməmək daxildir.

Previous və next days düymələri ilə əvvəlki və sonrakı günlərin biletlərinə baxa bilərsiniz. Sizə uyğun günün biletlərini tapdıqdan sonra biletləri seçib, sağda olan “gizlilik siyasətini qəbul edirəm” xanasına quş qoyub “continue” düyməsi ilə davam edirsiniz.

02

Səyahətdən xaric oxu 2: Roma tətilləri

Qarşınıza çıxan növbəti səhifədə, cinsinizi, ad və soyadınızı daxil edirsiniz. Aşağıdakı xanalarda isə ilk xanada təyyarənin kabinəsində daşınıla bilən 2 tip baqajdan birini seçə bilərsiniz. Kiçik olan baqajın ölçüləri 42x32x25 sm-dən böyük olmamalıdır və bu tip baqaj pulsuzdur, böyük baqaj isə ödənişlidir və ölçüsü 56x45x25 sm-dən böyük olmamalıdır. Xatırladım ki, bu tip baqajlarda çantada max 100 ml maye keçirmək olar. Məsələn parfümünüzün qabı 150 ml-dirsə içində nə qədər qalmağından asılı olmayaraq onu kabinəyə keçirməyə icazə verməyəcəklər. İkinici xanada təyyarəyə təhvil verəcəyiniz baqaj seçimini edə bilərsiniz. Burada isə 23 və 32 kqlıq baqaj seçimləri var, istədiyiniz seçimi edə bilərsiniz. Son xanada isə online və ya hava limanında check-in edəcəyinizi seçirsiniz. Online check-in pulsuzdur və saytdan check-in etdikdən sonra mütləq biletinizi çap edib özünüzlə götürməlisiniz, və ya mobil telefonunuza WizzAirin applicationunu yükləyə bilərsiniz. Hava limanında check-in isə 10 avrodur və sadəcə passportunuzu götürüb hava limanında WizzAirin check-in bölməsinə yaxınlaşmağınız tələb olunur.

Növbəti səhifədə isə sizə təyyarədə yer seçimi etmək təklif olunur. Əgər saytın təklif etdiyi yerdə oturmaq istəmirsinizsə o zaman əlavə ödəniş etməlisiniz. Bu yerlərin qiyməti isə 1.5 avrodan 20 avroya kimi dəyişir. Həm gediş, həm də qayıdış üçün yerinizi seçdikdən sonra “continue” düyməsi ilə növbəti səhifəyə keçirsiniz. Bu səhifədə WizzAir sizə əlavə xidmətlər təklif edir, təyyarəyə minərkən gözləməmək (priority boarding), pulsuz və limitsiz uçuş vaxtı dəyişmə, tibbi sığorta, hava limanına və hava limanından transfer, uçuşunuz haqqında SMSlə bildiriş, vaxtında uçma qarantisi və s. Bütün bu xidmətlər ödənişlidir. Xidmətləri seçdikdən sonra növbəti səhifədə sizdən qeydiyyat və ya giriş tələb olunur.

03

Səyahətdən xaric oxu 3: Mərkəzi Avropanın incisi Budapeşt – 1ci hissə

Əgər daha öncədən qeydiyyatdan keçmisinizsə soldakı xanaya e-mail və şifrənizi yazaraq daxil ola bilərsiniz. Yox əgər ilk dəfəsinizsə saytda, e-mail və eyni şifrəni 2 dəfə daxil edərək qeydiyyatdan keçə bilərsiniz. Növbəti səhifədə ad familya, address, e-mail və mobil telefonunuzu qeyd edərək, son dəfə “Continue” düyməsi ilə ödəniş səhifəsinə gedirsiniz.

04

Son səhifədə isə kartınızın məlumatlarını daxil edərək “Submit payment” klikləyirsiniz və budur artıq biletiniz hazırdır. Biletlərin qiymətinə istədiyiniz valyuta ilə baxa bilərsiniz amma məsləhətdir ki, HUF yəni macar forinti ilə alasınız, çünki forintlə qiymətlər bir az ucuz olur.

05

Səyahətdən xaric oxu 4: Almanəti 4 günə 4 şəhəriya səyah

Əgər alış zamanı Online check-in seçimisinizsə, sayta daxil olub sağ tərəfdə MyWizz düyməsinə klikləyərək, My Bookings bölməsinə gedirsiniz. Oradan check-in etmək istədiyiniz uçuşun qarşısında olan “view bookings”ə klikləyərək check-in səhifəsinə daxil olursunuz. Check-ini uçuşa max 30 gün min isə 3 saat qalmış edə bilərsiniz.

06

Yuxarıda gördüyünüz səhifədə Check-in düyməsini seçərək check-in səhifəsinə gedirsiniz. Əgər heç bir xidmət əlavə etmək istəmirsinizsə “Contine to web check-in”ə 4 dəfə klikləyərək aşağıdakı səhifəyə gəlirsiniz.

07

Bu səhifədə isə Check-inə klikləyərək proseduru tamamlayırsınız. Check-in prosedurunu tamamladıqdan sonra qarşınıza bilet çıxacaqdır, bileti çap edib, uçuş zamanı özünüzlə hava limanına gətirməlisiniz.

Səyahətdən xaric oxu 5: Təyyarəniz gecikirsə şirkətdən bunları tələb edə bilərsiniz

WizzAirlə uçuş zamanı vacib səyahət tövsiyyələri:

– Online check-in seçmisinizsə mütləq biletinizi çap edib özünüzlə götürün yoxsa hava limanından cərimə ödəmək məcburiyyətində qalacaqsınız.

– Kabina üçün pulsuz baqaj almısınızsa baqajınızın ölçüsü 42x32x25 sm-dən böyük olmasın, əks halda yenə də cərimə ödəməlisiniz.

– Kabina üçün böyük baqaj almısınızsa bu halda baqajın ölçüləri 56x45x25 sm-dən böyük olmamalıdır, baqajınız bu ölçüdən böyük olacaqsa bilirsiz nə baş verəcək 🙂

– Əgər WizzAirdən bilet almısınızsa və səfərinizi təxirə salıb, biletinizi geri qaytarmaq istəsəniz, 60 avro cərimə ödəməlisiniz. Əgər biletinizin qiyməti 60 avrodan bahadırsa qiymətdən 60 avro çıxılır, yerdə qalan məbləğ sizə qaytarılır. Ödədiyiniz məbləğ 60 avrodan azdırsa sizə heç nə qaytarılmır.

Xoş uçuşlar! 🙂 Ümid edirik ki, bloqu maraqlı və lazımlı edə bildik. Yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Sayyeah blogun yazılarından ilk xəbər tutmaq istəyirsinizsə sağ tərəf yuxarıda olan “abunə ol” düyməsinə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər 🙂

10 şərh Add yours

  1. Royal Eyvazov dedi ki:

    109 Eurodu bilet bunun harası ucuz oldu (tək yön)

    Bəyən

    1. Sayyeah Blog dedi ki:

      bir tərəf üçün 59 avro göstərir saytda

      Bəyən

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma