Motsartın vətəni – Vyana bələdçisi

WizzAirin Bakı – Budapeşt reysi açıldığından bilirəm ki, bir xeyli adam Budapeştə səfər edir. Budpeştə gəlib də buradan 2.5 saat məsafədə olan gözəl Avstriyanın  paytaxtı Vyanaya getməsən olmaz. Vyanada ilk dəfə keçən ilin avqust ayında olmuşam. Diplom işimi yazarkən yaranan qısa fasilədən istifadə edib dedim gedim görüm Motsartın vətənini, sonuncu dəfə isə təxminən 1 ay qabaq. Hər dəfəsində də Vyananın fərqli yerlərini kəşf etmişəm. Türklər demiş lafı uzatmadan keçim Vyana haqqında praktiki məlumatları bölüşməyə.

54
Rathaus

İlk öncə Vyanaya nə zaman getməli? sualından başlayaq. Vyanaya ilin hansı dövrü getsəniz fərqli bir şəhər görəcəksiniz. Qışda getsəniz, milad bayramı öncəsi möhtəşəm bəzənmiş Vyana sizi özünə valeh edəcək, yaz və ya yayda getsəniz Vyanada olan saray və parkların yaşıllığından həzz ala biləcəksiniz.Qışda onsuz da hazırlıqlı gedəcəksiniz amma yayda gedərkən mütləq özünüzlə qalın bir şey götürün, çünki Vyananın havasının necə və nə vaxt dəyişəcəyi bəlli deyil. Günlü günəşli bir havada 20 dəqiqə içərisində göyün üzünü qapqara buludlar ala və leysan yağış yağa bilər, ona görə də ehtiyat igidin yaraşığıdır 🙂

Vyanaya necə getməli? sualına cavab olaraq bildirim ki, Əgər WizzAirlə Bakıdan Budapeştə gəlirsinizsə, Budapeştdən qatarla getmək istəsəniz Macarıstan dəmir yollarının saytından bilet sifariş edə bilərsiniz. Qeyd edim ki, əgər Macarıstan dəmir yollarından bilet almısınızsa mütləq Macarıstanı tərk etməmişdən həm gediş həm də dönüş biletlərinizi dəmir yol vağzallarındakı maşınlarda çap edin. Sonuncu dəfə Vyanadan gələndə biletimi Budapeştdə maşında çap etməmişdim deyə biletim etibarsız sayıldı və yenidən bilet almaq məcburiyyətində qaldım, buna görə də biletimizi çap etməyi unutmuruq. Əgər Budapeştdən Vyanaya avtobusla getmək istəsəniz Flixbus və ya Orange Ways şirkətinin xidmətlərinə istifadə edə bilərsiniz.

Vienna-Wallpaper-10

Vyanada nə yeməli? sualının cavab olaraq yəqin ki, hamınız bilirsiniz ki, şnitzel german xaqlarının ən məşhur yeməklərindən biridir, ona görə də Vyanaya gəlib də Şnitzel yemədən dönmək olmaz. Şnitzelin yanında verilən kartof salatı da çox dadlı bir şeydir, dadına baxın məncə. Desertlərdən isə sachertorte və alma ştrudeli Vyanaya gedənlərin ən çox daddıqları təamlardandır.

Vyanaya çatdıq, toqqanın altını bərkitdik indi harada gecələməli? sualına cavab axtaraq. Bütün digər şəhərlərdə olduğu  kimi burada da booking.com-dan hotel/hostel, Airbnbdən otaq və ya ev kirayələyə bilərsiniz. Tətilinizi ucuza gətirmək istəsəniz Couchsurfingdən də istifadə edə bilərsiniz. Mən Vyanada 2 fərli məkanda qalmışam. Keçən il gedəndə A&O Wien Stadthalle ** hostelində qalmışdım. Avqust ayında 6 nəfərlik otaqda 1 nəfər üçün 19 avro ödəmişdim. Hostelin təmizliyi və sakitliyi kifayət qədər yaxşıdır, sadəcə mərkəzdən 1.5 km məsafədə yerləşir, istəsəniz piyada istəsəniz də metroyla mərkəzə getmək olar. Bu il gedəndə isə Liechtenstein *** qonaq evində qaldıq. 3 nəfərlik otaq üçün bir gecəsinə 75 avro ödədik. Qonaq evi şəhərin tam mərkəzində yerləşir, pulsuz wi-fi ilə təmin olunub. Hər otağın ayrıca hamam və tualeti var və otaqlar təmizdirlər,  verdiyiniz pulun əvəzini deyərdim ki artıqlaması ilə ödəyir.

shonbrun
Şönbrun sarayı

Gəldik yazımızın əsas hissəsinə – Vyananın gəzməli-görməli yerlərinə. İlk öncə başlayaq Vyana zooparkından, deyə bilərsiniz ki, zoopark zooparkdır da nə fərqi var? əslində düz deyirsiz amma Vyana zooparkının digər ölkələrdəki zooparklardan fərqi odur ki, bu zooparkda siz pandaları yaxından görə bilərsiniz, əlbəttə ki, panda sevərsinizsə. Növbəti baş çəkəcəyiniz məkan Şönbrun sarayıdır (Schönbrunn Palace). Saray Avstriya-Macarıstan imperiyası  dövründə Habsburq monarxlarının yay istirahət məkanı olub, 1950-ci illərdən isə əsas turist məkanlarından birinə çevrilib. Sarayın içinə giriş 12 avrodur, sarayın bağlarına giriş üçün ödəniş tələb olunmur, bağları gəzib ağacların arasıyla təpəyə də qalxa bilərsiniz. Orada bütün saray əlinizin içində kimi görsənir.

Şəhərin mərkəzindəki əsas görməli yerlərin siyahısına isə habsburqların Hofburg sarayı və ya Imperial Palace başçılıq edirSarayın önündə isə faytonlar durur burada faytonlara minərək şəhər turu edə bilərsiniz. Mərkəzdəki növbəti görülməli məkan əlbəttə ki, Dövlət Opera Evidir. Xüsusilə klassik musiqi həvəskarısınızsa opera evində Motsartın, Haydnın əsərlərini dinləyə bilərsiniz. Operanın xüsusi akustikası sizi klassik musiqinin sirli dünyasına aparacaqdır.

wien___st__stephen_s_cathedral_by_dragon_claw666-d7rgmim
Müqəddəs Stefan Katedralı

Növbəti baş çəkəcəyiniz məkan Müqəddəs Stefan Katedralıdır (St. Stephen’s  Cathedral). Katedral qotik üslubda tikilib və içərisi möhtəşəm ornamentlərlə bəzədilib. Katedralın ümumi sahəsinə giriş ödənişsizdir, istəsəniz içəridə 1 avro ətrafında bir məbləğ ianə etməklə dua edib, şam da yandıra bilərsiniz. Sonra mütləq baş çəkilməli məkan Təbiət tarixi muzeyidir (Natural History Museum). Muzeydə dinozavr fosillərini görə bilərsiniz.  Təbiət tarixi muzeyinin arxa tərəfində Muzey Rayonu və ya MuseumsQuartier yerləşir, bura dünyanın ən böyük 8ci mədəni ərazisidir. Burada bir neçə muzey yerləşir, əgər muzeylərə marağınız varsa baş çəkmək məsləhətdir. Muzeyləri gəzib yorulandan sonra meydanın mərkəzində olan kiçik, rahat kafelərdə oturub bir pivə içə bilərsiniz. Muzey rayonundan çıxıb Təbiət Tarixi Muzeyi istiqmətində irəliləsəniz Avstriya Patlamentinin binası ilə qarşılaşacaqsınız. Təbii ki, Budapeştdəki Parlamentdən sonra bu bina çox kiçik və çəlimsiz görsənəcək amma üzərindəki işləməli heykəllərdən zövq alacaqsınız.

parlameny
Avstriya parlamenti

Parlamentdən gəldiyiniz istiqamətdə irəliləsəniz qarşınıza 1800-cü illərin sonunda neo-qotik üslübda tikilmiş Rathaus çıxacaqdır, bizim dildə desək İcra Hakimiyyətinin binası. Rathausun qarşısında yaz, yay, qış hər zaman nəsə bir tədbir keçirilir. Qışda milad bazarı (christmas market), yayda sadəcə kiçik kafelər şnitzel təklif edir, bu yay gedəndə isə böyük ekranda Avropa Çempionatının oyunlarını izləmişdik.  Elə gəldiyiniz yolla irəliləsəniz qarşınıza dünyaca məşhur Vyana Universiteti çıxacaqdır, Universitetin qarşısından keçib parka girəndə isə Vyananın ən gözəl binalarından biri olan Votiv kilsəsini görəcəksiniz. Bir çox avstriya memarlıq nümunələri kimi, bu bina da neo-qotik üslübda tikilib. Qeyd edim ki, Liechtenstein *** qonaq evi kilsədən cəmi 100-150 metr məsafədədir. Vyana kilsələrindən Müqəddəs Peter (St. Peter) kilsəsi də mütləq baş çəkilməli olan kilsələrdəndir. Kilsələr siyahısında sonuncu bgörülməli olanı Müqəddəs Çarls (St. Charles) kilsəsidir. Kilsə tam şəhər mərkəzində yerləşməsə də hardasa mərkəzdən 10-15 dəqiqəlik yerimə məsafəsindədir. Amma sırf bu kilsəni görmək üçün o yolu qət etməyə dəyər.

Şəhərin ən fərqli arxitektur binası isə Kunst Hausdur. Bina əvəllər mebel fabriki olub, sonradan rəssam Friedensreich Hundertwasserin dizaynı ilə dizayn edilib üzərinə rəngli boyalarla şəkillər, grafiklər və grafitilər çəkilib. Friedensreich Hundertwasser tərəfindən dizayn edilmiş digər bina isə müəllifin adıyla adlandırılan Hundertwassehausdur. Vyananın bütün binalarını gəzib gördükdən sonra hiss edirsən ki, bu 2 bina şəhər üçün “yaddır”, heç bir başqa binaya, arxitektur işə bənzəmirlər amma eyni zamanda da şəhərə xüsusi bir gözəllik, cazibə verirlər.

01
Hundertwassehaus

Bilirik ki, bloqumuzu oxuyanlar şoppinq etməyi də çox sevirlər ona görə də, onlar üçün də Vyanada gediləcək yeri unutmamışıq 🙂 Bütün Mariahilfer Strasse və ya Mariahilfer küçəsi boyu geyim və aksesuar mağazaları sıralanıb. Buradan zövqünüzə və tərzinizə uyğun mağazalardan alış-veriş edə bilərsiniz.

Motsartın vətəni Vyana haqqında bu qədər. Yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Sayyeah blogun yazılarından ilk xəbər tutmaq istəyirsinizsə sağ tərəf yuxarıda olan “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Məqaləni bəyəndinizsə bu yazılara da bir göz atın:

Advertisements

8 şərh Add yours

  1. Shamil Baghmanov dedi ki:

    faydalı yazı üçün təşəkkürlər 🙂

    Bəyən

    1. Sayyeah Blog dedi ki:

      Buyurun xoşdur 🙂

      Bəyən

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma