Azadlıq adası – Sziget Musiqi Festivalı

Festival mövsümünü qapanmışkən dedim bloqda bir dənə də festival bölməsi yaradım, gələn yay üçün səyahət planı hazırlayanlara bir az yardımçı olsun. İlk olaraq hər il videolarına baxıb ağzımın suyunu axıtdığım, iştirak edənləri qısqandığım və nəhayət keçən il getmək qismət olan Sziget festivalından başlamaq istədim. Qısqanmaq istəyənlər aşağıdakı videonu izləsinlər, elə qısqanmaq istəməyənlər də 😀

Sziget Festivalı (macar dilində sz bir yerdə s kimi oxunduğu üçün bizim dildə Siget festivalı) 1993-cü ildən keçirilir. Avropanın ən populyar və böyük musiqi festivallarından biridir. İlk ilində sadəcə macar musiqiçiləri iştirak ediblər, 94-cü ildən etibarən isə məşhur xarici qrup və müğənnilərin konsert meydanına çevrilib. Festival Dunay çayının Budapeştin mərkəzinə düşən hissəsində yerləşən Obuda adasında keçirilir. Beləcə festivala qatılmaqla həm əylənə həm də Budapeşti kəşf edə bilərsiniz. Festivala hər il yüz minlərlə (bəli düz oxudunuz 100 arxasında da 3 dənə sıfır) iştirakçı qatılır. Məsələn təxminən bir ay öncə baş tutan Sziget 2016-da təqribi yarım milyon adam iştirak etmişdi lap dəqiq desək 496 000. Təbii bizim Bakıda keçirilən Fanta gənclik festivalıyla müqayisə olunacaq kimi deyil. Festival ərazisində müxtəlif musiqi janrlarına görə bölünmüş 13 musiqi səhnəsi, 30a yaxın isə müxtəlif əyləncə məkanları, atraksionlar quraşdırılır.

Mən 2015-ci ildə qatılmışdım festivala. Diplom işimi yazdığımdan elə də çox vaxtım yox idi sadəcə bir günlük qatıla bilmişdim. Gündüzləri insanlar müxtəlif əyləncə məkanlarında əylənir, kiçik çimərlikdə günəşlənir və üzürdülər, axşamlar isə əsl əyləncə başlayırdı. Əsas səhnədə bəlkə də yüz min adam eyni anda musiqi dinləyir, əylənir, rəqs edirdilər. Mən getdiyim gün əsas səhnədə Awolnation, Marina and the Diamonds, Kasabian və gecənin sonunda Aviciiii var idi. Canlı canlı Kasabianı dinləmək, Aviciinin remixləri altında rəqs edib əylənmək, bir sözlə möhtəşəm hisslər idi, gələn il mütləq qatılmaq lazımdır 😀

Bir az isə festival haqqında. Festival adətən 1 həftə olur amma 1 və ya 3 gün öncədən adaya daxil olub festival başlamamış azacıq əylənə və netvörking edə bilərsiniz. İndi bəzi əsas məlumatları paylaşım:

  • Gələn il festival 9-16 avqust 2017 tarixlərində keçiriləcək. Hələlik programda kimlərin olacağı açıqlanmayıb amma musiqiçilər proqrama əlavə olunduqca Szigetin rəsmi Facebookİnstagram hesablarında paylaşılır. Amma təxmini məlumatınız olsun deyə bu ilki adlardan bəzilərini qeyd edim: Rihanna, Muse, David Guetta, Sia, The Chemical Brothers, Parov Stelar, John Newman, Ricky Romero və s. tanınmış musiqiçi və qruplar. Bu ilki siyahıya bu linkdən baxa bilərsiniz.
  • Biletlər günlük, 5 günlük və 1 həftəlik olur və hər il qiyməti bahalaşır. Sentyabrın 26-dan dekabrın 31-ə qədər , 1 həftəlik biletlər 275, 5 günlük biletlər 250, 1 günlük biletlər isə 65 avro olacaqdır. Ondan sonra isə bahalaşacaqdır. Adaya festivaldan 3 gün öncə girib yerləşmək istəsəniz əlavə 50, sadəcə 1 gün öncədən yerləşmək istəsəniz isə 25 avro əlavə ödəməlisiniz.
  • Gecələmə üçün ucuz hostel, otel kirayələyə və ya festival ərzisində çadır qura bilərsiniz. Festivala gələnlərin bir çoxu məhz adada çadr qurub gecələri orada gecələyirlər. Əlbəttə ki, çadır quracaqsınızsa çadırınızı özünüzlə gətirməyi unutmayın məncə.
  • Nəqliyyatla festival ərazisinə getmək çox asandır, bütün bələdçilərdə festival ərazisinə giriş göstərilir, Obuda adasına gedən bütün nəqliyyat vasitələrində isə Sziget festivalının loqosu yapışdırılır.
  • Qidalanma – Festival ərazisində bir neçə yerdə toplu olaraq restoranlar qurulur, hətta bəziləri mərkəzdəki tanınmış restoranların kiçik “filialları” olur. Yəni yemək vaxtı gələndə uzun-uzadı sırada gözləmək lazım olmur, bundan başqa festivalın yerəşdiyi əraziyə yaxın supermarket var oradan istədiyiniz şeyləri alıb adaya gətirə bilərsiniz, alkoqollu içki xaric.
  • Festival ərazisində baqajınızı və qiymətli əşyalarınıı qoya biləcəyiniz seyflər var. Bundan başqa instagram, facebooksuz qala bilməyənlər üçün ərazidə smartfonlarınızı şarj edə biləcəyiniz maşınlar da nəzərdə tutulub.
  • Festival ərazisində ATMlər var amma heç bir yerdə nəğdlə alış-veriş edə bilmirsiniz. Əgər PayPass Bank kartınız varsa onu heç bir çətinlik olmadan istifadə edə bilərsiniz. Əgər PayPass bank kartınız yoxdursa o zaman girişdəcə paypasslı festival kartı alıb içərisinə məyyən məbləğ yerləşdirərərək onunla alış-veriş edə bilərsiniz. Festivalı tərk edərkən kart haqqını və içindəki məbləği geri almaq əlbəttə ki, mümkündür. Düşünməyin ki, bank kartım var içəridə rahat istifadə edərəm. Yalnız PayPass – təmassız bank kartları rahat istifadə edə bilərsiniz. Digər kartlarda aış-veriş edərkən PİN kodu daxil etmək lazım olduğundan və bu da kifayət qədər vaxt aparan iş olduğundan heç bir yerdə istifadə edə bilməyəcəksiniz, ən yaxşısı elə festivalın kartını almaqdır.

Sziget festival haqqında bu qədər. Ümid edirəm ki, gələn il avqust ayında bu festivalda görüşəcəyik. İştirak etmək istəyənlər olsa yazsın qrup şəklində gedib iştirak edək, birlikdə əylənək 🙂  Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Sayyeah blogun yazılarından ilk xəbər tutmaq istəyirsinizsə sağ tərəf yuxarıda olan “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Məqaləni bəyəndinizsə bu yazılara da bir göz atın:

3 şərh Add yours

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma