Avropanın “ən yeni” paytaxtı, Varşava

Varşavaya keçən ilin iyul ayında bir tədbir üçün getmişdim. Dost-tanışa kimə deyirdimsə Varşavaya gedirəm hamısı deyirdi, nə var Varşavada Krakova get. Təbii ki, tədbirə getdiyimdən planımı dəyişə bilmirdim amma sonda 3 günlük bir Krakov səyahəti də planlamışdım ki, görüm axı nə var bu Krakovda?! (Krakov yazısı növbəti yazılarda).

Beləcə iyul ayının 20-i səhv etmirəmsə 11 nəfərlik macar heyyət ilə (əlbəttə mən də doğma böyümə macar kimi Macarıstanı təmsil edirdim 😀 ) yola düşdük Varşava Şopen hava limanına. Tədbirin təşkilatçılarının müşayəti ilə gedib İBİS otelə yerləşdik. Xərcləri təşkilat ödədiyindən otelin qiymətindən xəbərim yoxdur amma İBİS otelləri ucuz otellər olması ilə tanınır. Yerləşməsi və təmizliyi də kifayət qədər yaxşı idi.

02

Varşava Avropanın ən “yeni” paytaxtlarından biridir. Belə ki, 1944-cü ildə Polşa Xalq Ordusu sovetlərin Varşavaya yaxınlaşdığını eşidərək şəhəri işğal etmiş almanlardan təmizləmək üçün əməliyyata başlayırlar. Əməliyyat gedən dövrdə sovetlər Varşavaya doğru irəliləməyi dayandırırlar və alman ordusu geri qayıdaraq üsyanı yatızdırır və Varşavanı yerlə bir edir. Hətta deyilənlərə görə Hitler “Varşava tamamilə məhv edilsin” əmri veribmiş. Onsuz da 2-ci dünya müharibəsi illərində ağır zərbə almış Varşava almanların son həmləsindən sonra 85% yerlə-yeksan olur. Xüsusilə də Old Town deyilən qədim hissə 95% dağıdılır. Məhz buna görə də polyaklarda almanlara qarşı bir inciklik, ruslara qarşı isə bir nifrət var. Çalışın bir polyaka “Sizin diliniz rus dili ilə eynidir” sözünü deməyin, çünki bu ifadəyə çox hirslənirlər. Nəysə qısa tarixi ekskursiyadan sonar keçək turistik ekskursiyaya.

Bakıdan Varşavaya getmək üçün ən ucuz yol WizzAirlə Budapeştə gəlib buradan qatar, avtobus və ya elə yenə WizzAirlə yola davam etməkdir. Qatar və avtobusla yol hardasa 11-12 saat ətrafındadır. Amma çox güman ki, WizzAirlə Budapeşt – Varşava bileti almaq daha ucuz başa gələcəkdir.

03

Qalmaq xərclərini tədbirin təşkilatçıları ödəyirdilər deyə o haqda bir məsləhət verə bilməyəcəm amma səyahətə çıxanların ən yaxşı dostu Couchsurfingi məsləhət görə bilərəm, Varşavada olmasa da Krakovda hosteldə qalmışam və qiymətlər kifayət qədər münasib idi.

Yeyib-içmək məsələsinə gəlincə, Polşa deyəndə ağıla ilk gələn pierogilərin dadına baxılmalıdır. Piroq sözünə oxşasa da qətiyyən heç bir bənzərlik yoxdur, ukraynada vareniki adlandırılan yağda qızardılmış və içərisinə ət, kartof, kələm, göbələk və ya müxtəlif tərəvəzlər qoyulmuş orta ölçülü mantılardır. Bir də üstünə xama və yanında ev üsulu hazırlanmış kompot oldusa dadından doyum olmaz. Bundan başqa çiy mal ətindən hazırlanan soğan və suxarı ilə təqdim olunan adı tatar olan yeməyin dadına mütləq baxılmalıdır. Yeyərkən qətiyyən çiy ətdən olduğunu anlamırsan, sınanılıb, test edilib 🙂 İçki məsələsinə gəldikdə Polşanın da bir çox slavyan xalqları kimi arağı məşhurdur. Xüsusilə ən məşhur olanı Zubrowka və ya digər adı ilə, Bizon otu arağıdır. Mualicəvi otların ətri hiss olunur içərkən. Digər çox da məşhur olmayanı isə Belvederedir. Məşhur olmamasının səbəbi isə qiymətinin bir az baha olmasıdır. Digər məşhur olanı isə Şopliçadır. 10-dan çox ətir və dadda növləri var, ən çox tərcih ediləni nədənsə fındıqlı olandır. Bu növü bəzən südlə də qarışdırıb içirlər. Bilmirəm polyakların Avropanın ən dindar adamları olmasındandır ya nə amma Varşavada digər Avropa ölkələrindəki kimi küçədə spirtli içki içmək sərbəst deyil, hətta əlinizdə pivə butulkası olsa belə, cəza ala bilərsiniz. Ona görə də bir az ehtiyatlı olun. İçkidən başımızı qaldırıb keçək Varşvavanın gəzməli görməli yerlərinə.

04

Şəhərdə ilk diqqəti cəlb edən bina Mədəniyyət və Elm sarayıdır ingiliscəsi “Palace of Culture and science”. Bina 237 metr hündürlüyündədir və sovetlərin polşa xalqına hədiyyəsidir. Əslində binaya baxanda Moskvadakı 7 bacı və ya “Stalin göydələnləri” adlanan 7 binadan elə də çox fərqlənmədiyini görmək olar. Həm Moskvadakı bu 7 bina həm də Varşavadakı saray bir-birinin eynidir, sanki birini digərindən kopyalayıblar. Ruslara olan nifrət indinin özündə də polşalıları bu binaya laqeyd davranmağa məcbur edir. Polşalılar binanı nə qədər sevməsələr də bu Saray şəhərin ən hündür binasıdır. Sarayın 30-cü mərtəbəsinə qalxıb oradan bütün Varşavaya tamaşa edə bilərsiniz.

Əlbəttə bütün Avropa şəhərlərində olduğu kimi Varşavada da İçəri şəhər və ya Qədim şəhər var, sadəcə digər şəhərlərdən fərqli olaraq buradakı qədim şəhər elə də qədim deyil. Yuxarıda qeyd etdiyim kimi, şəhərin 85% 2-ci dünya müharibəsində yerlə yeksan edilib və sonradan foto və videolara baxılaraq bərpa edilib. Yəni tarixçi və arxeoloq deyilsinizsə qədim şəhərin nə qədər qədim olması sizin üçün maraqlı olmamalıdır 🙂 Qədim şəhərin ən görməli yeri isə Şəhər Meydanıdır. Meydan 4 tərəfdən rəngarəng “qədimi” binalarla əhatələnib. Meydanda Varşavanın simvolu olan supərisi və əjdaha heykəlləri var. Deyilənə görə əjdahanın gözlərinə baxan heç kim əjdahanı öldürə bilmirmiş və polyak qəhramanlarından biri əjdahaya qarşı güzgü tutaraq onu məğlub edir. Hər halda şəhər əfsanəsi olsa da babalı polyakların boynuna. Qədim şəhərin girişində isə Qəsr Meydanı yerləşir. Bütün qədim şəhərdə olduğu kimi burada da meydan rəngli binalarla əhatələnib. Selfie çəkdirmək üçün ideal məkanlardan biridir bura 🙂 Meydanın sağ tərəfində isə qırmızı kərpicdən tikilmiş Kral qəsri var.

05

Varşava əlbəttə ki, klassik musiqi sevərləri də unutmayıb. Belə ki, klassik musiqi azərkeşləri Şopenin muzeyinə gedə bilərlər. Bundan başqa yay aylarında Lazienki parkdakı meydanda hər həftəsonu klassik musiqi dinləyə bilərlər. Qeyd edim ki, Varşavada kifayət qədər çox və böyük parklar var bu parklardan ən böyük və görülməli olanı isə Lazienki parkıdır. Bu parka bəzən “Hamam parkı” və ya “Kral hamamı parkı” da deyirlər. Park 17-ci əsrdə “hamam parkı” kimi qurulub sonradan isə Polşa kralının yay rezidensiyasına çevrilib. Parkın ən görməli yerlərindən biri “Ada üzərindəki saraydır” saray da park kimi 17ci əsrdə tilib. “Adada teatr” adalanan amfiteatr da mütləq baş çəkilməli olan abidələrdəndir.

Parkda yerləşən və öz adını məşhur Polşa arağında verən Belvedere sarayı da mütləq görülməlidir. Saray təpədə yerləşir və parkın içindən saraya gedən yolda xeyli sayda dələ görmək olar. Parkın girişində isə Şopenin heykəli var. Klassik musiqi konsertləri də məhz burada qurulmuş səhnədə verilir.

06

Muzey maraqlılarına isə “Varşava uprising” muzeyini məsləhət görürəm. Muzeydə polyakların 2-ci dünya müharibəsi illərində çəkdikləri əzab-əziyyətlərilə yaxından tanış olmaq imkanı vardır.

Tədbirdə olduğumuzdan Varşavanın gecə həyatı ilə elə də yaxından tanış ola bilmədik amma Varşava Milli Stadionunun yanında, çayın qumlu sahilində hər axşam gənclər toplaşıb içkilərini içib əylənirlər. Vaxtınız olsa getmək məsləhətdir. Bir orda olarkən atəşfəşanlıq da var idi bəxtimizdən.

Varşava haqqında bu qədər. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Sayyeah blogun yazılarından ilk xəbər tutmaq istəyirsinizsə sağ tərəf yuxarıda olan “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Məqaləni bəyəndinizsə bu yazılara da bir göz atın:

 

4 şərh Add yours

  1. Hi from Argentina! I do not speak Azerbaijani, but I like your photos very much. I was in Poland, and enjoyed both Warsaw and Krakow. Were you in Wroclaw too? If you can, please see my blog at http://www.viajemosblog.wordpress.com

    tərəfindən bəyənildi 1 şəxs

    1. Sayyeah Blog dedi ki:

      Hi Roberto, nice to hear from you. Nope unfortunately I never been in Wroclaw but planning to do, I dont understand spanish either but checked your blog and liked the photos as well 🙂

      tərəfindən bəyənildi 1 şəxs

      1. Thanks for checking my blog. To see my post about Wroclaw, please follow this link http://wp.me/p4OGlP-bv
        You will find stories and photos from that wonderful city.

        Bəyən

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma