Helsinki bələdçisi

16 il bundan qabaq atamın işi ilə bağlı Helsinkiyə köçdüyümüzdə buranın soyuq, boz və itici şəhər olduğunu düşünmüşdüm. Təbii ki, daha 9 yaşında olan balaca qızın dilini, dinini və mədəniyyətini bilmədiyi bir yerə köçməsi və oraya alışması çətin idi. Lakin üç ay ərzində Fin dilini öyrənərək və aylar-illər ötdükcə Finlandiyanın, ələxsus Helsinkinin necə gözəl bi ölkə və şəhər olduğunu anladım.

16 il yaşamağıma baxmayaraq hər il hansısa bir yenilik ilə qarşılaşıram. Bozluq və soyuqluq eyni qalsa da, insanlarının əslində elədə soyuq olmadığını öyrənmişəm. Finlilər ilk baxışdan soyuq və hissiyatsız görünsələr də, burada 9 ay davam edən qaranlığın onları da bəzən dərin depressiyaya saldığını anlamışam. Əlbəttə ki, 750 il İsveçin və qalan 150 ilin Rusyanın əsarəti altında keçməsinin də təsiri var soyuqluqlarına. Əslində finlilər dost olaraq çox sadiq, bəzən çox yapışqan və asılıdırlar. 🙂

finlandiya-qalas
Finlandiya qalası

Keçək əsl məsələyə. Finlandiya hüzurun ölkəsidir məncə. Əgər yayda yamyaşıl bir təbiət, heç batmayan günəş və çox da isti olmayan bir hava, payızda rəngarəngliyi ilə heyran edən təbiət və evlərdən gələn hilli bulkilərin qoxusu, qışda bəmbəyaz təbiət, qış idmanları və heyran edici sakitlik və yazda tumurcuqları ilə və quşlarının səsi ilə, oyanan təbiəti ilə məst edən bir ölkə görmək istəyirsinizsə, o zaman Finlandiyaya mütləq baş çəkin.

Əgər biz tərəflərə qonaq gəlməyi düşünsəniz, Helsinkini gəzmək üçün sizə 3 gün bəsdir. Helsinkidə nəqliyyat böyüklər üçün 3€, uşaqlar üçün isə 2€-dur. Nəqliyyat biletini metroya enmədən öncə, avtobusa minərkən ya da tramvaya minmədən öncə ala bilərsiniz. Biletin üstündə saat neçəyə kimi keçərli olduğu yazılır, çox vaxtı 80 dəqiqə keçərli olur və bu vaxt ərzində istədiyiniz qədər metrodan, avtobusdan və tramvaydan istifadə edə bilərsiniz. Əlbəttə ki, bileti göstərmək şərti ilə. Yəni bileti alıb atmayın çünki yoxlanış olsa və biletiniz olmasa 80€ cərimələnəcəksiniz.

tuomiokirkko
Tuomiokirkko

Gəzilməli yerlərdən isə ilk şəhərin mərkəzindən başlayın. Çoxlarınızın ilk eşidəcəyi geyim mağazası Stockmannın küçəsindən katolik kilisəsi olan ağ Tuomiokirkkoya kilsəsini gəzməyiniz məsləhətdir. Tuomiokirkkonun yerləşdiyi yerə Senaatintori deyilir. Bu kilsə əvvəllər Nikolayın kilsəsi və Böyük kilsə olaraq adlandırılıb və 1852-ci ildə St. Peterburqda yerləşən Kazan Katedralına bənzədilərək tikilib. Memarı isə Carl Ludvig Engel və Johan Albrekt olub. Yay vaxtı kilsənin pillələrində oturanlar çox olur. Əksər mitinqlərin ya başladığı ya da qurtardığı nöqtəs məhz elə buradır.

Tuomiokirkkodan ara küçə ilə Kauppatoriyə enin. Oradan mütləq Suomenlinna deyilən Finlandiya qalası anlamına gələn adaya baş çəkin. Bu adaya getmək üçün Kauppatori limanından Suomenlinnaya tərəf gedən bərəyə minməlisiniz. Bərəyə minmək adam başı 3€-dur və əgər 80 dəqiqə içərisində qayıtsanız, qayıtmaq üçün bərəyə ayrıca pul ödəməyəcəksiniz.

finlandiya-qalasi
Finlandiya qalası

Kauppatori tərəfində, bərəyə minilən yerdə əksər finlilərin qırmızı kilsə adlandırdığı, əslində isə adı Uspenski Katedralı olan, rusların 1868-cü illində Moskvanın Kolomonskoye kilsəsinə bənzədərək tikdiyi möhtəşəm kilsə var. Memarı Aleksei M. Gornostayevdir və kilsə ortodoksların kilsəsidir. Hər nə qədər xristiyan olmasanızda, mütləq bu möhtəşəm katedralın içinə girib o gözəlliyə şahid olmalısınız. Katedralın ətrafında Helsinkinin mərkəzinə açılan mənzərəni də görməyə dəyər.

Uspenski katedralından endikdən sonra qırmızı gəmi görəcəksiniz. Gəminin adı Relandersgrunddur və Finlandiyanın prezidentinin evi ilə üzbəüzdür. Bu gəmidə kofe içib, Finlandiyanın şirniyyatlarını və şansınız varsa, isti havasının dadını çıxara bilərsiniz. Relandersgrunddan Uspenski Katedralını və Fin körfəzini izləmək ən sevdiyim stres atmaq yöntəmlərindən biridir.

15967692_10154977345597235_988335334_o
Kafe Caruseldən görüntü

Bizimdə, Londonda olduğu kimi Helsinki Eye-mız var. Helsinki Eye-a minmək adam başı 18€-dur. Mən özüm şəxsən daha çox Helsinki Eye-ın yanında yerləşən Allas Sea Pool-da üzməyi və saunaya girməyi daha üstün tutardım. Təbii ki, şəhərin mərkəzində çimərlik geyimində gəzməkdən utanmırsınızsa.

Kauppatoridən istəsəniz ya Esplanadi parkını gəzib Stockmanna qayıda bilərsiniz yada dəniz kənarı ilə aşağıya Cafe Ursula yada Cafe Caruselə gəzə-gəzə enə bilərsiniz. Yolda qırmızı bina ilə qarşılacaqsınız. Bura 1888-ci ildən Finlandiyanın bazarı olub. İçini gəzmək yüz illərin tarixini yaşadacaq sizə. Buradan sonra qarşınıza Olimpiya terminalı çıxacaq ki, burdan Tallinə gedən gəmilər qalxır. Sonra isə ilk qarşılacağınız kafe Cafe Ursula olacaq, mənim sevdiyim kafedir. Lakin dəniz kənarı ilə 500-600 metr sonra qarşınıza çıxacaq Cafe Caruselin yanında Finlandiyanın ən köhnə dondurma kiosku var. 4€-ya həyatınızda yeyəcəyiniz ən dadlı (Vatikandakından sonra) və ən böyük dondurmanı dada bilərsiniz. Burada yayda qaçışa çıxdıqdan sonra baş çəkdiyim yerdir çünkü mükafat 😀

Əgər gəzməyi sevirsinizsə, Caruselin yanından 2 kilometr yürüyüş məsafəsində Hernesaarenranta adlandırılan yeni tikili dəniz kənarı kafelərin, çimərliklərin və varlıların yaxtalarının olduğu yerə də enə bilərsiniz. Hernesaarenrantaya çatmadan yeni açılan public sauna Löyly (oxu Löülü) çıxacaq qarşınıza. Löyly-nün terasına pilləkənlərlə çıxıb Helsinkinin mərkəzinə açılan mənzərəyə baxa bilərsiniz.

15967423_10154977338167235_43360252_o
Töölö gölü

Yuxarıda yazdıqlarımdan başqa Helsinki mərkəzindən Töölö adlanan tərəfə 4 və 10 nömrəli tramvay ilə gedəbilərsiniz və ya piyada gəzə-gəzə. İlk görəcəyiniz parlament binası olacaq, ikinci musiqi binası, üçüncü isə tünd qırmızı rəngdə olan bina Milli muzeyimiz Kansallismuseonu gəzib, Finlandia binasını və Opera binasını görüb Töölö göl kənarına enə bilərsiniz. Buradan rahatlıqla Sibelius parkına Sibelius monumentinə baş çəkməyə və Cafe Regattada kofe içməyə gedə bilərsiniz. Qayıdanda isə 4 və ya 10 nömrəli tramvayla yada hər hansı mərkəzə tərəf gedən avtobusla qayıda bilərsiniz.

Helsinkidə nə yeyilməlidir? İlk öncə şirniyyatlardan başlayaq.

  1. Korvapuusti (darçınlı hilli bulku)
  2. Mustikkapiirakka (qaragilə piroqu)
  3. Runebergintorttu (fevral ayında satılır. Xalq şairi və professor J. L. Runebergin xanımın öz resepti olduğu üçün, Runebergin ölüm ildönümündə satılır.)
  4. Joulutorttu (Noyabr-Dekabr ayında satılır. Christmas şirniyyatıdır)
  5. Piparkakku (ingilizcə adı gingerbread-dır və Christmas vaxtı satılır)
  6. Laskiaispulla (Fevral-Mart ayında satılır. Katolik paxasının orucu başlamamışdan 40 gün əvvəl)
  7. Tippaleipä (Aprel-May aylarında satılır və 1 May şənliklərinin şirniyyatıdır)
  8. Rabənd piroqu (Midsummer bayramına özəl İyun ayında tapılır)
  9. Mämmi (qara rəngdə olduğundan və çox şirin olduğundan xaricilər tərəfindən çox sevilməyən ama südlə yeyilən paşa şirniyyatı)
  10. Karjalanpiirakka (şirin olmasa da dadlı piroqdur. Üstü düyülü, kartoflu yada köklü olur)
esplanadi-parki
Espalandi parkı

“Şirniyyatla doldurmayacayıq ki qarnımızı!” Əlbəttə ki!

  1. Maral ətinin dadına mütləq baxın.
  2. Qızılbalıq istər soyuq, istər hisə verilmiş, istərsə də çiy. Bu balığın hər növü hazırlanır və çox dadlıdır.
  3. Qızılbalıq şorbası
  4. Yay şorbası (bir neçə kök tərəvəzindən bişirilən şorba)
  5. Yaşıl noxud (qarox) şorbası. Bunu yeyərkən diqqətli olun çünki bir çox yerdə içinə donuz əti vurulur. Xaiş etsəniz sizə ətsiz hazırlanmışından verəcəklər.
  6. Karjalanpaisti yəni güvəcdə bişirilmiş ət yeməyi. Yenədə donuz əti ilə diqqətli olun.
  7. Kalakukko yəni çörək içində bişirilmiş balıq və ət. Adətən donuz əti istifadə olunur ama mal ətindən hazırlananı da var.
  8. Qurudulmuş stavrida balığı
  9. Səhər yeməyində yeyilən cürbəcür sıyıqlar
  10. Finlandiyaya məxsus tərzdə hazırlanmış pendirlər. Mənim ən sevdiyim leipäjuusto deyilən və sadəcə Finlandiyada yetişən sarı gilə meyvə(lakka) mürəbbəsi ilə yeyilən pendirdir.
  11. Cürbəcür balıq yeməkləri. Ən çox sevilən balıqlar arasında stavrida, qızılbalıq, siyənək və ryapuşka balığıdır.

Finlandiyada restoranlar bahalıdır, ona görədə yuxarıda yazdıqlarımı restoranlarda yeyə bilərsiniz. Kafelər ve restoranlar. İlk kafelərdən başlayıram.

  1. Yuxarıda yazdığım Cafe Ursula və Cafe Carusel
  2. Cafe Ekberg (Ən köhnə kafelərdən biridir. Səhər yeməyi və brunch verirlər)
  3. Cafe Esplanadi
  4. Cafe Fazer (Səhər yeməyi və brunch verirlər)
  5. Ağ kilsə ilə qarşı-qarşıya olan Cafe Engel və ya İtalyan kafesi olan Ciao Cafe
  6. Cafe Regatta (Sibelius Monumentinin yanında yerləşir)
  7. Restoran Savotta
  8. Restoran Lappi
  9. Retsoran Sunn
  10. Restoran Savoy (bahalıdır)
  11. Restoran Olo (bahalıdır)
  12. Restoran Sipuli (bahalıdır)
  13. Restoran Kiila (bahalıdır)
  14. Antiokia Atabar (Türk restoranıdır. Kərim usta sahibidir və çox gözəl insandır. Azərbaycanlı olduğunuzu desəniz endirim edəcək. İstəsəniz Ülker hanım tavsiye etti deyin, mütləq endirim edəcək.)
  15. Restoran Anı (Türk restoranıdır. Türk kabablarını bişirilər. Cahit ustaya Azərbaycanlı olduğunuzu deyin, endirim edəcək.)

 

Helsinki haqqında bu qədər. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Sayyeah blogun yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Məqaləni bəyəndinizsə bu yazılara da bir göz atın:

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma