Dünyadakı passportların rəngləri və seçilmə səbəbləri

Qərara gəldim ki, bloqa yeni bir bölmə əlavə edim. Bölmənin adını da “ordan-burdan” qoydum. Bu bölmədə daha çox, səyahətlə bağlı ümumi məlumatları sizinlə paylaşacam. Bu məlumatlar adətən mənim səyahət zamanı başıma gələn hadisələr olmayacaq amma daha çox araşdırma yönümlü və səyahət üçün maraqlı məlumatlardan ibarət olacaq. Beləliklə bu bölmənin ilk yazısını sizinlə paylaşıram.

Passportların rəngini incələyəndə, dünyada 4 rəngdə passport olduğunu görmək olar. Hər bir ölkənin, müvafiq rəngi seçməkdə də, adətən öz səbəbləri olur. Bu yazıda bu seçimin nəyə əsaslandığını sizinlə bölüşmək istəyirik. Hava limanında olan uzun növbələr sizi darıxdırarsa sadəcə bu məqaləni xatırlamağa çalışın.

Qırmızı

red
Qırmızı passportlar

Qırmızı, passportlar üçün ən çox istifadə olunan rəngdir. Qırmızı passportu adətən indiki və keçmiş komunist ölkələri seçir. Sloveniya, Çin, Serbiya, Rusiya, Latviya, Rumıniya, Polşa və Gürcüstan vətəndaşları qırmızı passport daşıyıcısıdırlar. Xorvatiyadan başqa bütün Avropa Birliyi ölkələri vətəndaşları da qırmızının müxtəlif çalarlarında olan passportlar istifadə edirlər. Türkiyə, Makedoniya və Albaniya kimi Avrop Birliyinə qoşulmaq istəyən ölkələr isə bir neçə il qabaq passportların rəngini qırmızıya dəyişiblər. Latın Amerikasından isə Boliviya, Kolumbiya, Ekvador və Peru vətəndaşları qırmızı passportlarla səyahət edirlər.

Göy

goy passport
Goy passport

Qırmızıdan sonar ən çox işlənən passport rəngi isə göydür. Passportlarda olan göy üzlük yeni dünyanı simvolizə edir. 15 karib hövzəsi ölkəsinin vətəndaşlarının passportları məhz göy rəngdədir. Cənubi Amerika blokunda olan ölkələrdən, Mercosur ticari birliyində olanlar da vətəndaşlarına göy passportlar tədqim edirlər. Bu siyahıda Braziliya, Argentina və Paraqvay var. Venesuela isə burada istisnadır. Ölkə ticari birliyin üzvü olsa da vətəndaşları qırmızı passport daşıyırlar. Birləşmiş Ştatlarda isə passportlar ancaq 1976-cı ildə göy rəngə dəyişilib.

Yaşıl

yasil passport
Yaşıl passport

Müsəlman ölkələrinin əksəriyyətində vətəndaşlar, məhz Azərbaycanda olduğu kimi yaşıl passportlar daşıyırlar. Mərakeş, Səudiyyə Ərəbistanı və Pakistan burada istisnadır. Buradakı Yaşıl Məhəmməd peyğəmbərin ən sevdiyi rəng hesab olunur. Bundan başqa yaşıl həm də həyatı və yaşamı simvolizə edir. Burkina Faso, Nigeriya, Niger,Fil dişi sahilləri və Seneqal kimi qərbi Afrika ölkələri vətəndaşları da məhz yaşıl passport daşıyıcısıdırlar. Bu ölkələrin vətəndaşlarına yaşıl passport verməsinin səbəbi onların, QADİB-ə (Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi) üzv olmalarıdır.

Qara 

qara passport
Qara passport

Çox az ölkələrin passportlarının rəngi qaradır. Afrikada Botsvana, Zambiya, Burundi, Gabon, Anqola, Çad, Kongo, Malavi və s. ölkələrdə qara rəngli passportlar istifadədədir. Yeni Zellandiyanın milli rəngi qara olduğundan, orada da vətəndaşlar qara rəngli passportlar gəzdirirlər.

Aşağıdakı xəritədə hansı ölkədə, hansı rəng passport istifadə olunduğunu görə bilərsiniz.

passprt rengi xeritesi

Məqaləni bəyəndinizsə bu yazılara da bir göz atın:

Mənbə: Brightside

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma