Lou kosterlə uçmaq təhlükəlidirmi?

OnurAir, Pegasus, Pobeda hava yollarının və Xüsusilə də WizzAirin gəlişiylə hamımız loukoster (low coster – çox ucuz qiymətli) hava yolları konsepti ilə tanış olduq. Avropa ölkələrinə 400-500 avro verib bilet alandan sonra, Budapeştə 100 avroya gediş-gəliş bileti almaq bizə şokla birlikdə, təhlükəsizliklə bağlı suallar da gətirdi. Ucuz ətin şorbası misalını əsas tutaraq hamının başında bir sual meydana çıxdı, loukosterlər nə dərəcədə təhlükəsizdir?!

Légi közlekedés - Fapados járatok gépei Ferihegyen

Çox rəqəmlərlə başınızı ağrıtmaq istəmirəm amma dünyada loukost hava yolları bazarı haqqında bir az məlumat vermək üçün, bəzi rəqəmləri paylaşacam. 2015-cı ildə dünyada olan bütün uçuşları 28, Şimali Amerikada 30, Avropada 26,  Cənub-Şərqi Asiyada isə 54 faizini loukost hava yolları şirkətləri yerinə yetirib. Rəqəmlərin hər il daha da artacağı təxmin edilir. Rəqəmlərə baxdıqda loukoster bazarının kifayət qədər iri olduğunu görmək olar.

Ümumiyyətlə aviyasiya mütəxəssisləri deyir ki, loukosterlərin belə ucuz olmasının səbəbi qətiyyən təhlükəsizlik tədbirlərindən qənaət etməsi ilə bağlı deyil. Xüsusilə də Avropa və Amerikada, uçuşlara nəzarət təşkilatları heç bir halda hava yolları şirkətlərinə standartlardan kənar çıxmağa icazə vermirlər. Bəs onda loukosterlərin ucuz olmasının səbəbi nədir?! Qiymətin belə ucuz olmasının səbəbi şirkətlərin müştəri xidmətləri və təyyarədə verilən xidmətlərə qənaət etməsi, otutacaqların sayını bir az artıraraq, çox sərnişin daşıması kimi faktorlardır.

AZAL
AZALın Ankara – Bakı reysi 🙂

Loukoster hava yolların ilə bağlı bəzi önəmli məqamları sizinlə bölüşmək istəyirəm:

  • Loukosterlərə təyyarənin bir yerdə dayanması sərf etmədiyindən (çünki parking üçün ödənniş edilir), şirkətlər çalışırlar ki, təyyarələri bir yerdə dayanmasın, daimi hərəkətdə olsun. Ona görə də loukosterlər, xüsusilə də Avropa və Amerikada hər zaman çalışırlar ki, “qarajları” cavan qalsın. Təyyarələr yeni olduqda, onun baxımı üçün çox pul tələb olunmur və tez-tez xarab olub, şirkəti yarı yolda qoymur. Məsələn, planespotters.net saytına görə Avropadakı loukosterlərdən WizzAirin təyyarələrinin orta yaşı 4.5, RyanAirin 6.5, Easyjetin isə 6.9 ildir. Full xidmət verən, Türk hava yollarının təyyarələrinin orta yaşı 6.5, Almaniyanın Lufthansa hava yollarının 10.5, Air Francen təyyarələrinin orta yaşı isə 12.5 ildir. Yəni bu statistikadan da göründüyü kimi, loukosterlər heç də işlənmiş, köhnə təyyarələri istifadə etmirlər.
  • Avropa və Amerikada baş verən ən dəhşətli 20 təyyarə qəzasından sadəcə 2i (Avropada və Amerikada, hər birində 1 qəza) loukoster hava yollarının adıyla bağlıdır. Asiyada qaydalar bir az yumşaq olduğundan, Asiyanın çox qəza edən şirkətlərindən bəzilərinə (İndoneziyanın Lion Air şirkəti kimi) Avropa Birliyi ərazisinə uçuş etmək qadağan olunub.

LA international

  • Təyyarənin qəza etməsi səbəbi, onun loukoster və ya full service olmağından çox, haradan-haraya uçmasındadır. Məsələn Amerikada hər milyon uçuşdan 0.2, Avropada 0.24, MDB-də (keçmiş sovetlər) 2.74 və Afrikada isə 6.83-ü qəza edir. Xüsusilə Avropada loukoster və full service hava yolları üçün təhlükəsizlik qaydaları birə-bir eynidir.
  • Bunu demək bir az, gülməli səsələnə bilər amma loukosterlər qəza olmaması üçün full service şirkətlərdən daha çox çalışırlar. Hər zaman təhlükəsizliyə standartlardan da çox əməl etməyə çalışırlar. Çünki, hər hansısa bir qəza olsa, loukosterlərin məhv olan imiclərini bərpa etmək üçün elə də çox pulları yoxdur.
turkish-airlines
Türk hava yolları

Bu qədər faktdan sonra inanıram ki, loukosterlə uçmaq təhlükəlidir, ordan-burdan ucuz, yaşı keçmiş təyyarələr söhbətləri olmayacaq. Mən şəxsən artıq 3cü ildir, sevə-sevə loukosterlərin xidmətindən istifadə edirəm, sizə də məsləhət görürəm 😊. Lukosterlər haqqında bu qədər. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da loukosterlərin təhlükəsiz olması barəsində xəbərdar olsunlar. Yox əgər Sayyeah blogun yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Məqaləni bəyəndinizsə bu yazılara da bir göz atın:

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma