Bu yayın musiqi festivalı təqvimi

Bilirsiz bizim Gəzəyənlər adlı facebook qrupumuz var. Qrupda o gün Tomorrowland festivalı haqqında soruşurdular, mən də ordan ilhamlanıb, çoxdandır yazmaq istədiyim festivallar yazısını yazmağı qərara aldım.

Hələ qarşıda 2 ay yayın olduğunu və musiqi festivalları mövsümünün yarıdan çoxunun irəlidə olduğunu nəzərə alıb, bu yazıda, sizi bu il Avropada baş tutacaq musiqi festivalları ilə tanış edəcəm. Müxtəlif tarixlərdə, müxtəlif ölkələrdə və müxtəlif janrlarda olan festivalları bu yazıda birləşdirməyə çalışacam.

Balaton Sound

Tarixlər: 5 – 9 iyul

Məkan: Zamardi, Macarıstan

Janr: elektronik, pop, hip-hop,

Line up: Hardwell, Jason Derulo, Marshmello, Nicky Romero, Robin Schulz, Tiesto, Showtek, Afrojack, Armin van Buuren, Carnage və s.

Biletlərin qiyməti: 5 günlük giriş qiyməti 225€, 1 günlük qiymət 65€

Hər il, ənənəvi olaraq Balaton gölünün sahilində baş tutan, elektronik musiqi festivalıdır. Axşam 4-5dən, ta səhər hava işıqlanana qədər içkiniz əlinizdə, məşhur DJərin musiqiləri altında rəqs edə bilərsiniz. Gündüzləri isə Balaton gölündə üzə və ya sahildə günəşlənə bilərsiniz.

Electric Love

Tarixlər: 6 – 8 iyul

Məkan: Zalsburgring, Avstriya

Janr: elektronik

Line up: Martin Garrix, Hardwell, Marshmello, Alle Farben, Burak Yeter, Showtek, Timmy Trumphet, Armin van Buuren,  və s.

Biletlərin qiyməti: 3 günlük giriş qiyməti 139€, 1 günlük qiymət 69€

EXIT Festival

Tarixlər: 5 – 9 iyul

Məkan: Novi Sad, Serbiya

Janr: rok, elektronik

Line up: the Killers, Hardwell, Jason Derulo, Black Sun Empire, Alan Waker, Booka Shade, Years & Years, Liam Gallagher, Robin Schulz, Discharge və s.

Biletlərin qiyməti: 5 günlük giriş qiyməti 140€, 1 günlük qiymət 34€

Serbiyanın tələbə şəhəri olan Novi Sadda baş tutan bu festival qiymət/kəmiyyət nisbəti ilə ən ideal festivallardan biri kimi görsənir. Bu tarixlərdə yolunuz buralara düşərsə mütləq azı 1-2 gün gedib qatılmaq lazımdır EXİT festivalına.


Super Bock, Super Rock

Tarixlər: 13 – 15 iyul

Məkan: Lissabon, Portuqaliya

Janr: rok

Line up: Red Hot Chili Pepper, Future, Deftones, Fatboy Slim, The Gift, Tuxedo, Pusha T və s.

Biletlərin qiyməti: 3 günlük festival qiyməti 109€

Ultra Europe

Tarixlər: 14 – 16 iyul

Məkan: Split, Xorvatiya

Janr: elektronic

Line up: David Guetta, Martin Garrix, Axwell & Ingroso, Armin van Buuren, Afrojack, Nicky Romero, Showtek və s.

Biletlərin qiyməti: 3 günlük festival qiyməti 169€

GEM Fest

Tarixlər: 14 – 16 iyul

Məkan: Anaklia, Gürcüstan

Janr: elektronic

Line up: Martin Garrix, Axwell ^ Ingrosso, Sander Van Doorn, Aly & Fila, Boris Brejcha, Dennis Ferrer, Dubfire, Ferry Corsten, Gusgus (Live), James Zabiela, Kollektiv Turmstrasse, Matthias Tanzmann, Paul Kalkbrenner, Roger Sanchez və s.

Biletlərin qiyməti: 7 günlük festival qiyməti 89€, 5 günlük festival qiyməti 78€, 3 günlük festival qiyməti 67€, 1 günlük festival qiyməti 23€.

Gürcülər bu dəfə də fərqlənmək istəyiblər və dünyanın ən uzun festivalını keçirmək qırarına gəliblər. Tam 1 ay davam edəcək festivalda dünya musiqisinin tanınmış DJlərilə bərabər, yerli və MDBdən də ulduzların iştirakı ilə olan konsertlərə qatılmaq olar. Məkanın Bakıya yaxınlığı, qiymətin ucuz olması və vizanın lazım olmaması bu festivalı Bakıda yaşayanlar üçün tam əlçatan edir.

Tomorrowland

Tarixlər: 21 – 23 iyul, 28 – 30 iyul

Məkan: Boom, Belçika

Janr: elektronik

Line up: David Guetta, Martin Garrix, Afrojack, Nicky Romero, Bassjackers, Armin van Buuren, Alesso, Dimitri Vegas & Like Mike, Robin Shulz, Don Diablo və s.

Biletlərin qiyməti: 2017ci il üçün artıq bilet qalmayıb, 2018-ci ili düşünə bilərsiniz amma qiymətlər hələ açıqlanmayıb.


UNTOLD

Tarixlər: 3 –6 avqust

Məkan: Kluj-napoka, Rumıniya

Janr: elektronik

Line up: Afrojack, Martin Garrix, Axwell ^ Ingrosso, Hardwell, Dmitri Vegas and Like Mike, Ellie Goulding, Tujamo, Don Diablo, Armin van Buuren, Marshmelo, Sander van Doorn, Art Department və s.

Biletlərin qiyməti: 4 günlük festival bileti 98€ + vergilər, 1 günlük 49 avro + vergilər.

Sziget Festival

Tarixlər: 9 – 16 avqust

Məkan: Budapeşt, Macarıstan

Janr: rok, elektronik, pop, hip-hop

Line up: Pink, Kasabian, The Chainsmokers, Macklemore & Ryan Lewis, Major Lazer, Wiz Khalifa, Dmitri Vegas, Clean Bandit, George Ezra, Paul Van Dyk, Don Diablo, Leningrad, The Vaccines, Rudimental, Bad Religion, Interpol və s.

Biletlərin qiyməti: 7 günlük festival bileti 325€, 1 günlük 70 avro.

Dunay çayında yerləşən adalardan birində keçirilən Sziget festivalına 2015-ci ildə özüm şəxsən qatılmışam. Tomorrowlanddan sonra Avropanın ən böyük festivalı adlandırmaq olar Szigeti. Son illərdə 1 həftəyə yarım milyona yaxın iştirakçı qatılır. Festival ərazisində kampınızı qurub, gündüzlər günəşlənə, Dunayda üzə və ya müxtəlif əyləncəli oyunların bir parçası ola bilərsiniz, axşamlar isə sizi səhnədə P!NK, Kasabian, Major Lazer və s. ilə möhtəşəm şoular gözləyir. Xüsusilə WizzAirin Bakıdan Budapeştə reys açmasıyla demək olar hər kəs, Avropa turuna Budapeştdən başlayır. Əgər Avropa səyahətiniz 9 – 16 avqust tarixlərinə uyğun gəlirsə Sziget festivla qatılmağı məsləhət görürəm sizə.


2017-ci ilin yay musiqi festivalları haqqında bu qədər. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da loukosterlərin təhlükəsiz olması barəsində xəbərdar olsunlar. Yox əgər Sayyeah blogun yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Məqaləni bəyəndinizsə bu yazılara da bir göz atın:

Bir şərh Add yours

  1. itsmeulviyye dedi ki:

    Facebooku sırf “Gəzəyənlər” qrupu üçün açmışam👌 Maraqlı yazı idi)

    Bəyən

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma