Helsinki bələdçisi

16 il bundan qabaq atamın işi ilə bağlı Helsinkiyə köçdüyümüzdə buranın soyuq, boz və itici şəhər olduğunu düşünmüşdüm. Təbii ki, daha 9 yaşında olan balaca qızın dilini, dinini və mədəniyyətini bilmədiyi bir yerə köçməsi və oraya alışması çətin idi. Lakin üç ay ərzində Fin dilini öyrənərək və aylar-illər ötdükcə Finlandiyanın, ələxsus Helsinkinin necə gözəl bi…