Roma tətilləri

42x32x25sm ölçülərini aşmayan kürək çantamı çiynimə atıb liftin düyməsini basdım. Başladığım yol məni ilk öncə məşhur musiqiçi Ferens Listin adına olan Budapeştin beynəlxalq hava limanına, oradan isə Romaya aparacaqdı. Bu yol Romaya gedən yollardan yalnız biridir. 🙂 Roma səfərim çox mürəkkəb bir dövrə təsadüf edirdi. Noyabr ayında Parisdə baş verən terror hadisəsindən sonra Avropanın digər…