Nağıllar aləmi Kopenhagen

Növbəti səfələrdən birini dünyanın ən xoşbəxt insanlarının yaşadığı Danimarkaya, lap dəqiq desək paytaxt Kopenhagenə planlamışdım. Uçuş günü WizzAirlə Budapeştdən İsveçin Malmö şəhərinə, növbəti gün isə oradan, qatarla dənizin üstündəki körpü ilə Kopenhagenə keçəcəkdim.