Pulsuz səyyahlar üçün müftə bələdçi xidmətləri

Yəqin çoxlarınız səyahətə çıxarkən çalışırsınız ki, getdiyiniz şəhərin, kəndin, qəsəbənin tarixi ilə yaxından tanış olasınız, turistik və qeyri-turistik amma görülməli yerlərinə baş çəkəsiniz, abidələrin tarixi və ya əfsanələriylə yaxından tanış olasınız. Bunun isə bir neçə yolur var. Pulsuzundan tut, sadəcə ianəylə olanlara və ya kifayət qədər bahalılarına kimi. Amma hər zaman olduğu kimi bu yazıda…

Couchsurfingdə asan host tapmaq üçün tövsiyyələr

Keçən yazılardan birində ucuz səyahət etmə haqqında yazmışdım və o yazıda Couchsurfingə toxunmuşdum. Bu dəfə istəyirəm ucuz səyahət təşkil etmək istəyənlərin ən yaxın dostu Couchsurfing haqqında daha detallı məlumat verim. Özüm bir 10 dəfəyə yaxın Couchsurfinglə qonaq qaldığımdan və qonaq qəbul etdiyimdən düşündüm ki, bu vaxta qədər öyrəndiklərimi sizinlə də bölüşüm bəlkə sizin də yardımınıza…

Addım-addım WizzAir bilet alışı

Blogumuzun facebook səhifəsinə gələn sualları görüb, qərara aldım ki, bloqda yeni bir bölmə açım. Bu bölmədə, blogda, e-maildə səyahətlə yaxından, uzaqdan əlaqəli olan mövzulardan ünvanladığınız suallara cavab tapmağa çalışacağıq. Bölmənin adı “Suallar” olacaq. Bu dəfə Facebook səhifəmizə “WizzAirin saytında olan check-in nədir” sualı gəlib və mart ayının 27dən WizzAirin Bakıdan birbaşa Budapeştə uçuşlarının başladığının nəzərə alıb…

Təyyarəniz gecikirsə və ya ləğv olunubsa nə etməlisiniz?!

Tez-tez səyahət etmək, tez-tez təyyarə ilə harasa səfər etmək deməkdir və təyyarə ilə tez-tez səfər edərkən uçuşdan əvvəl, sonra və ya uçuş zamanı olan problemlərlə tez-tez qarşılaşırsan. Bu yaxınlarda, müsəlmanın bu yaxını, noyabr ayının sonunda Skandinaviya ölkələrinə sayyeahət edirdim (daha dəqiq İsveç və Danimarka, 2 ölkə haqqında da yazımız olacaq ayrıca). Həmişəki kimi, WizzAirlə biletlərimizi…

Minimum xərclə səyahəti necə təşkil etməli?! 2-ci hissə

Keçən yazılarımdan birində daha doğrusu “Minimum xərclə səyahəti necə təşkil etməli?!” adlı yazımın birinci hissəsində səyahət xərclərini necə minimum endirmək olar sualına cavab verməyə çalışmışdım. İlk yazı səyahət xərclərində ən çox yer tutan nəqliyyat xərclərini necə azaltmaq, xərcləri minimum endirmək haqqında idi. Manatın növbəti ucuşlaşmasından sonra 🙂 qərara gəldim ki, gecələmə obyektləri (otel/hostel/mənzil/ev və s.) xərclərini…

Minimum xərclə səyahəti necə təşkil etməli?! 1-ci hissə

Tez-tez səyahət edənlərə ən çox verilən suallardan biri də, “bu qədər səyahət xərclərini necə qarşılayırsan sualıdır?”. Həqiqətən də tez-tez səyahət etmək kifayət qədər xərcli işdir, xüsusilə də digər ölkələrə səyahət edirsənsə. Amma hər dəfə səyahət etdikcə, digər turistlərlə qarşılaşdıqca “səyahəti necə daha ucuza gətirmək olar?” sualıyla bağlı yeni-yeni məlumatlar, taktikalar öyrənirsən. Düşündüm ki, hara səyahət…