Avropanın “ən yeni” paytaxtı, Varşava

Varşavaya keçən ilin iyul ayında bir tədbir üçün getmişdim. Dost-tanışa kimə deyirdimsə Varşavaya gedirəm hamısı deyirdi, nə var Varşavada Krakova get. Təbii ki, tədbirə getdiyimdən planımı dəyişə bilmirdim amma sonda 3 günlük bir Krakov səyahəti də

Azadlıq adası – Sziget Musiqi Festivalı

Festival mövsümünü qapanmışkən dedim bloqda bir dənə də festival bölməsi yaradım, gələn yay üçün səyahət planı hazırlayanlara bir az yardımçı olsun. İlk olaraq hər il videolarına baxıb ağzımın suyunu axıtdığım, iştirak edənləri qısqandığım və nəhayət keçən il getmək

Pulsuz səyyahlar üçün müftə bələdçi xidmətləri

Yəqin çoxlarınız səyahətə çıxarkən çalışırsınız ki, getdiyiniz şəhərin, kəndin, qəsəbənin tarixi ilə yaxından tanış olasınız, turistik və qeyri-turistik amma görülməli yerlərinə baş çəkəsiniz, abidələrin tarixi və ya əfsanələriylə yaxından tanış olasınız. Bunun isə bir neçə yolur var. Pulsuzundan tut, sadəcə ianəylə olanlara və ya kifayət qədər bahalılarına kimi. Amma hər zaman olduğu kimi bu yazıda…

Motsartın vətəni – Vyana bələdçisi

WizzAirin Bakı – Budapeşt reysi açıldığından bilirəm ki, bir xeyli adam Budapeştə səfər edir. Budpeştə gəlib də buradan 2.5 saat məsafədə olan gözəl Avstriyanın  paytaxtı Vyanaya getməsən olmaz. Vyanada ilk dəfə keçən ilin avqust ayında olmuşam. Diplom işimi yazarkən yaranan qısa fasilədən istifadə edib dedim gedim görüm Motsartın vətənini, sonuncu dəfə isə təxminən 1 ay…

Şimalın “Praqası” – Brügge

Yazını oxumadan öncə istərdim ki, aşağıda yerləşdridiyim İn Brüges filminin soundtrackını açıb yazını elə oxuyasınız Brüggeyə səyahətim əslində qarışıq hisslərlə başlamışdı və bütün səyahətim boyu bu təzadlı hisslər bir-birini əvəz etdi. Əvvəlcə çox həyəcanla işdən çıxıb hava limanına yollandım, çünki Brüggeyə gedirdim – İn Bruges filmində görüb aşiq olduğum və səyahət etməyi çox arzuladığım Brüggeyə….

Couchsurfingdə asan host tapmaq üçün tövsiyyələr

Keçən yazılardan birində ucuz səyahət etmə haqqında yazmışdım və o yazıda Couchsurfingə toxunmuşdum. Bu dəfə istəyirəm ucuz səyahət təşkil etmək istəyənlərin ən yaxın dostu Couchsurfing haqqında daha detallı məlumat verim. Özüm bir 10 dəfəyə yaxın Couchsurfinglə qonaq qaldığımdan və qonaq qəbul etdiyimdən düşündüm ki, bu vaxta qədər öyrəndiklərimi sizinlə də bölüşüm bəlkə sizin də yardımınıza…

Qırmızı damlı evlər şəhəri – Praqa + Kutna Hora

Təxmini bir ay idi yeni yazı yazmırdım, iş-güc, dəsrlər imkan vermirdi. Nəhayət bu yazını yazmaq üçün vaxt tapdım. Yəqin ki, “Nağıllar aləminə” bənzər şəhər klişe ifadəsini deyəndə hamının ağlına bir şəhər gəlir – Praqa. Oranı səyahət edən, etməyən, şəkillərdən, videodan görən hər kəs üçün, Praqa – nağıllar aləmidir. Deyir söz vaxtına çəkər, elə keçən il…

Addım-addım WizzAir bilet alışı

Blogumuzun facebook səhifəsinə gələn sualları görüb, qərara aldım ki, bloqda yeni bir bölmə açım. Bu bölmədə, blogda, e-maildə səyahətlə yaxından, uzaqdan əlaqəli olan mövzulardan ünvanladığınız suallara cavab tapmağa çalışacağıq. Bölmənin adı “Suallar” olacaq. Bu dəfə Facebook səhifəmizə “WizzAirin saytında olan check-in nədir” sualı gəlib və mart ayının 27dən WizzAirin Bakıdan birbaşa Budapeştə uçuşlarının başladığının nəzərə alıb…

Mərkəzi Avropanın incisi Budapeşt – 2 ci hissə Peşt

Keçən dəfəki yazımda Budapeştin Buda hissəsi haqqında yazmışdım, söz verdiyim kimi bu dəfə də Budanın “sevgilisi” Peştdən yazacam. Peşt Dunay çayının şərq hissəsində yerləşir. Şəhərin bir çox görməli yerləri, Parlament binası, Sent İştvan bazilikası və şəhər mərkəzi Peştdə yerləşir. İlk yazımızda Budapeştə necə getməli, hava limanından şəhərə necə çatmalı haqqında yazdığımdan bu dəfə bir başa…

Roma tətilləri

42x32x25sm ölçülərini aşmayan kürək çantamı çiynimə atıb liftin düyməsini basdım. Başladığım yol məni ilk öncə məşhur musiqiçi Ferens Listin adına olan Budapeştin beynəlxalq hava limanına, oradan isə Romaya aparacaqdı. Bu yol Romaya gedən yollardan yalnız biridir. 🙂 Roma səfərim çox mürəkkəb bir dövrə təsadüf edirdi. Noyabr ayında Parisdə baş verən terror hadisəsindən sonra Avropanın digər…

Mərkəzi Avropanın incisi Budapeşt – 1 ci hissə Buda

Əslində Budapeşt haqqında uzun zamandır yazmaq istəyirdim, amma mümkün olmurdu. Gah araya Almaniya yazısı girdi, gah Kiyev, bu dəfə, gələn səfər deyə-deyə indiyə qismət oldu. Il yarımdır Budapeştdə yaşadığımdan, bu şəhər haqqında yazılacaq çox şey var, tələbəliyimin bir hissəsi bu şəhərdə keçdiyindən bütün turistik və non-turistik əyləncə və istirahət məkanları haqqında az-çox bilirəm. Ona görə…

Almaniya, Rhine-Ruhr səyahəti. 4 gün – 4 şəhər

Almaniyaya keçən ilin aprel ayında səfər etmişdim. Dedim Almaniya tam dağılmamış bir baş çəkim görüm oraları da, sonra bəlkə qismət olmadı 🙂 Bir dostum Rhine-Ruhr bölgəsində olan kiçik şəhərlərdən birində yaşadığından kiçik bir məsləhətləşmədən sonra qərara gəlmişdik ki, bu bölgədə 4 gün keçirim və 3 böyük şəhəri qısa zamanda ziyarət edim. Bunlar Köln, Dortmund və…