Təyyarəniz gecikirsə və ya ləğv olunubsa nə etməlisiniz?!

Tez-tez səyahət etmək, tez-tez təyyarə ilə harasa səfər etmək deməkdir və təyyarə ilə tez-tez səfər edərkən uçuşdan əvvəl, sonra və ya uçuş zamanı olan problemlərlə tez-tez qarşılaşırsan. Bu yaxınlarda, müsəlmanın bu yaxını, noyabr ayının sonunda Skandinaviya ölkələrinə sayyeahət edirdim (daha dəqiq İsveç və Danimarka, 2 ölkə haqqında da yazımız olacaq ayrıca). Həmişəki kimi, WizzAirlə biletlərimizi…

Gözəl və mehriban insanlar şəhəri – Kiyev

Baxmayaraq ki, hələ heç kimi inandıra bilməmişəm amma Kiyev səyahətim əslində iş məqsədilə planlanmış səfər idi 🙂 Kiyevdə bir tədbirə qoşulacaqdım, dedim getmişkən 2-3 gün də əlavə qalaram, Kiyevlə, həm ukraynalılarla tanış olaram, həm də Novruz Bayramını orda ukraynalı dostlarla qeyd edərəm. WizzAirlə biletimi alıb Novruz bayramı ərəfəsində, Martin 18i Budapeşt hava limanından yola düşdüm…

Minimum xərclə səyahəti necə təşkil etməli?! 2-ci hissə

Keçən yazılarımdan birində daha doğrusu “Minimum xərclə səyahəti necə təşkil etməli?!” adlı yazımın birinci hissəsində səyahət xərclərini necə minimum endirmək olar sualına cavab verməyə çalışmışdım. İlk yazı səyahət xərclərində ən çox yer tutan nəqliyyat xərclərini necə azaltmaq, xərcləri minimum endirmək haqqında idi. Manatın növbəti ucuşlaşmasından sonra 🙂 qərara gəldim ki, gecələmə obyektləri (otel/hostel/mənzil/ev və s.) xərclərini…

Ahh Paris Parisss

Paris deyəndə ağıla ilk gələn əsərlərdən biri də Amelia filmi olduğundan filmin soundtrackını burda sizinlə paylaşıram. Əgər filmə baxmamısınızsa bu yazıdan sonra ilk iş elə filmə baxmaq olsun Bu ilin yanvar ayının sonları idi imtahanlar filan qurtarmışdı, Parisdə olan türk dostumla danışırdım. Dedi ki, bəs geyin-keçin gəl buralara. Mən də eləmədim tənbəllik, (sanki vacib bir…

Minimum xərclə səyahəti necə təşkil etməli?! 1-ci hissə

Tez-tez səyahət edənlərə ən çox verilən suallardan biri də, “bu qədər səyahət xərclərini necə qarşılayırsan sualıdır?”. Həqiqətən də tez-tez səyahət etmək kifayət qədər xərcli işdir, xüsusilə də digər ölkələrə səyahət edirsənsə. Amma hər dəfə səyahət etdikcə, digər turistlərlə qarşılaşdıqca “səyahəti necə daha ucuza gətirmək olar?” sualıyla bağlı yeni-yeni məlumatlar, taktikalar öyrənirsən. Düşündüm ki, hara səyahət…

Çexiyanın kəşf olunmamış xəzinəsi – Brno

Nəhayət uzun çək-çevirdən sonra sayyeahət blogumuzu yaratdıq və budur ilk yazımı yazıram. Haqqında yazacağım ilk şəhər Çexiyanın ikinci, Moravia regionunun ən böyük şəhəri olan Brno şəhəridir. Təxminən keçən ilin bu vaxtları idi, Brnoda Marketing Festivala qatılmaq qərarına gəlmişdim. Həm festivalda iştirak edərəm, həm də gəzərəm deyib şəhəri də gəzməyi qərara almışdım. Araşdırdığım məlumatlardan təxmini belə…