Makedoniyanın Mirvarisi – Ohrid

Çoxdandı bloqda yazmırdım və son 4 səyahətimdən olan cızma qaralarım telefonun bir köşəsində yatıb qalırdı. Bu 4 ölkə haqqında sonrakı yazılarda məlumat verəcəm, bu bloq postumda isə 1 həftə öncə getdiyim Makedoniya haqqında yazacam.

Motsartın vətəni – Vyana bələdçisi

WizzAirin Bakı – Budapeşt reysi açıldığından bilirəm ki, bir xeyli adam Budapeştə səfər edir. Budpeştə gəlib də buradan 2.5 saat məsafədə olan gözəl Avstriyanın  paytaxtı Vyanaya getməsən olmaz. Vyanada ilk dəfə keçən ilin avqust ayında olmuşam. Diplom işimi yazarkən yaranan qısa fasilədən istifadə edib dedim gedim görüm Motsartın vətənini, sonuncu dəfə isə təxminən 1 ay…

Şimalın “Praqası” – Brügge

Yazını oxumadan öncə istərdim ki, aşağıda yerləşdridiyim İn Brüges filminin soundtrackını açıb yazını elə oxuyasınız Brüggeyə səyahətim əslində qarışıq hisslərlə başlamışdı və bütün səyahətim boyu bu təzadlı hisslər bir-birini əvəz etdi. Əvvəlcə çox həyəcanla işdən çıxıb hava limanına yollandım, çünki Brüggeyə gedirdim – İn Bruges filmində görüb aşiq olduğum və səyahət etməyi çox arzuladığım Brüggeyə….

Qırmızı damlı evlər şəhəri – Praqa + Kutna Hora

Təxmini bir ay idi yeni yazı yazmırdım, iş-güc, dəsrlər imkan vermirdi. Nəhayət bu yazını yazmaq üçün vaxt tapdım. Yəqin ki, “Nağıllar aləminə” bənzər şəhər klişe ifadəsini deyəndə hamının ağlına bir şəhər gəlir – Praqa. Oranı səyahət edən, etməyən, şəkillərdən, videodan görən hər kəs üçün, Praqa – nağıllar aləmidir. Deyir söz vaxtına çəkər, elə keçən il…

Roma tətilləri

42x32x25sm ölçülərini aşmayan kürək çantamı çiynimə atıb liftin düyməsini basdım. Başladığım yol məni ilk öncə məşhur musiqiçi Ferens Listin adına olan Budapeştin beynəlxalq hava limanına, oradan isə Romaya aparacaqdı. Bu yol Romaya gedən yollardan yalnız biridir. 🙂 Roma səfərim çox mürəkkəb bir dövrə təsadüf edirdi. Noyabr ayında Parisdə baş verən terror hadisəsindən sonra Avropanın digər…

Gözəl və mehriban insanlar şəhəri – Kiyev

Baxmayaraq ki, hələ heç kimi inandıra bilməmişəm amma Kiyev səyahətim əslində iş məqsədilə planlanmış səfər idi 🙂 Kiyevdə bir tədbirə qoşulacaqdım, dedim getmişkən 2-3 gün də əlavə qalaram, Kiyevlə, həm ukraynalılarla tanış olaram, həm də Novruz Bayramını orda ukraynalı dostlarla qeyd edərəm. WizzAirlə biletimi alıb Novruz bayramı ərəfəsində, Martin 18i Budapeşt hava limanından yola düşdüm…

Çexiyanın kəşf olunmamış xəzinəsi – Brno

Nəhayət uzun çək-çevirdən sonra sayyeahət blogumuzu yaratdıq və budur ilk yazımı yazıram. Haqqında yazacağım ilk şəhər Çexiyanın ikinci, Moravia regionunun ən böyük şəhəri olan Brno şəhəridir. Təxminən keçən ilin bu vaxtları idi, Brnoda Marketing Festivala qatılmaq qərarına gəlmişdim. Həm festivalda iştirak edərəm, həm də gəzərəm deyib şəhəri də gəzməyi qərara almışdım. Araşdırdığım məlumatlardan təxmini belə…