Pulsuz səyyahlar üçün müftə bələdçi xidmətləri

Yəqin çoxlarınız səyahətə çıxarkən çalışırsınız ki, getdiyiniz şəhərin, kəndin, qəsəbənin tarixi ilə yaxından tanış olasınız, turistik və qeyri-turistik amma görülməli yerlərinə baş çəkəsiniz, abidələrin tarixi və ya əfsanələriylə yaxından tanış olasınız. Bunun isə bir neçə yolur var. Pulsuzundan tut, sadəcə ianəylə olanlara və ya kifayət qədər bahalılarına kimi. Amma hər zaman olduğu kimi bu yazıda…

Couchsurfingdə asan host tapmaq üçün tövsiyyələr

Keçən yazılardan birində ucuz səyahət etmə haqqında yazmışdım və o yazıda Couchsurfingə toxunmuşdum. Bu dəfə istəyirəm ucuz səyahət təşkil etmək istəyənlərin ən yaxın dostu Couchsurfing haqqında daha detallı məlumat verim. Özüm bir 10 dəfəyə yaxın Couchsurfinglə qonaq qaldığımdan və qonaq qəbul etdiyimdən düşündüm ki, bu vaxta qədər öyrəndiklərimi sizinlə də bölüşüm bəlkə sizin də yardımınıza…

Roma tətilləri

42x32x25sm ölçülərini aşmayan kürək çantamı çiynimə atıb liftin düyməsini basdım. Başladığım yol məni ilk öncə məşhur musiqiçi Ferens Listin adına olan Budapeştin beynəlxalq hava limanına, oradan isə Romaya aparacaqdı. Bu yol Romaya gedən yollardan yalnız biridir. 🙂 Roma səfərim çox mürəkkəb bir dövrə təsadüf edirdi. Noyabr ayında Parisdə baş verən terror hadisəsindən sonra Avropanın digər…

Çexiyanın kəşf olunmamış xəzinəsi – Brno

Nəhayət uzun çək-çevirdən sonra sayyeahət blogumuzu yaratdıq və budur ilk yazımı yazıram. Haqqında yazacağım ilk şəhər Çexiyanın ikinci, Moravia regionunun ən böyük şəhəri olan Brno şəhəridir. Təxminən keçən ilin bu vaxtları idi, Brnoda Marketing Festivala qatılmaq qərarına gəlmişdim. Həm festivalda iştirak edərəm, həm də gəzərəm deyib şəhəri də gəzməyi qərara almışdım. Araşdırdığım məlumatlardan təxmini belə…