Krakov səyahəti – Oskar Şindlerin fabriki

Keçən dəfə Varşava yazımda da yazdığım kimi, Varşavaya getdiyimi eşidən hamı niyə Krakova deyil də Varşavaya getdiyimi soruşduğundan artıq qərara gəlmişdim ki, Varşavadakı tədbir bitən kimi Krakova yola düşəcəm. Beləcə tədbir bitəndən sonra italyan istehsalı olan (burada italyanların o məşhur əl hərəkətini də etmək olar 😀 )

Avropanın “ən yeni” paytaxtı, Varşava

Varşavaya keçən ilin iyul ayında bir tədbir üçün getmişdim. Dost-tanışa kimə deyirdimsə Varşavaya gedirəm hamısı deyirdi, nə var Varşavada Krakova get. Təbii ki, tədbirə getdiyimdən planımı dəyişə bilmirdim amma sonda 3 günlük bir Krakov səyahəti də

Couchsurfingdə asan host tapmaq üçün tövsiyyələr

Keçən yazılardan birində ucuz səyahət etmə haqqında yazmışdım və o yazıda Couchsurfingə toxunmuşdum. Bu dəfə istəyirəm ucuz səyahət təşkil etmək istəyənlərin ən yaxın dostu Couchsurfing haqqında daha detallı məlumat verim. Özüm bir 10 dəfəyə yaxın Couchsurfinglə qonaq qaldığımdan və qonaq qəbul etdiyimdən düşündüm ki, bu vaxta qədər öyrəndiklərimi sizinlə də bölüşüm bəlkə sizin də yardımınıza…

Gözəl və mehriban insanlar şəhəri – Kiyev

Baxmayaraq ki, hələ heç kimi inandıra bilməmişəm amma Kiyev səyahətim əslində iş məqsədilə planlanmış səfər idi 🙂 Kiyevdə bir tədbirə qoşulacaqdım, dedim getmişkən 2-3 gün də əlavə qalaram, Kiyevlə, həm ukraynalılarla tanış olaram, həm də Novruz Bayramını orda ukraynalı dostlarla qeyd edərəm. WizzAirlə biletimi alıb Novruz bayramı ərəfəsində, Martin 18i Budapeşt hava limanından yola düşdüm…

Minimum xərclə səyahəti necə təşkil etməli?! 2-ci hissə

Keçən yazılarımdan birində daha doğrusu “Minimum xərclə səyahəti necə təşkil etməli?!” adlı yazımın birinci hissəsində səyahət xərclərini necə minimum endirmək olar sualına cavab verməyə çalışmışdım. İlk yazı səyahət xərclərində ən çox yer tutan nəqliyyat xərclərini necə azaltmaq, xərcləri minimum endirmək haqqında idi. Manatın növbəti ucuşlaşmasından sonra 🙂 qərara gəldim ki, gecələmə obyektləri (otel/hostel/mənzil/ev və s.) xərclərini…

Minimum xərclə səyahəti necə təşkil etməli?! 1-ci hissə

Tez-tez səyahət edənlərə ən çox verilən suallardan biri də, “bu qədər səyahət xərclərini necə qarşılayırsan sualıdır?”. Həqiqətən də tez-tez səyahət etmək kifayət qədər xərcli işdir, xüsusilə də digər ölkələrə səyahət edirsənsə. Amma hər dəfə səyahət etdikcə, digər turistlərlə qarşılaşdıqca “səyahəti necə daha ucuza gətirmək olar?” sualıyla bağlı yeni-yeni məlumatlar, taktikalar öyrənirsən. Düşündüm ki, hara səyahət…