Makedoniyanın Mirvarisi – Ohrid

Çoxdandı bloqda yazmırdım və son 4 səyahətimdən olan cızma qaralarım telefonun bir köşəsində yatıb qalırdı. Bu 4 ölkə haqqında sonrakı yazılarda məlumat verəcəm, bu bloq postumda isə 1 həftə öncə getdiyim Makedoniya haqqında yazacam.

Lou kosterlə uçmaq təhlükəlidirmi?

OnurAir, Pegasus, Pobeda hava yollarının və Xüsusilə də WizzAirin gəlişiylə hamımız loukoster (low coster – çox ucuz qiymətli) hava yolları konsepti ilə tanış olduq. Avropa ölkələrinə 400-500 avro verib bilet alandan sonra, Budapeştə 100 avroya gediş-gəliş bileti almaq bizə şokla birlikdə,

Şimalın “Praqası” – Brügge

Yazını oxumadan öncə istərdim ki, aşağıda yerləşdridiyim İn Brüges filminin soundtrackını açıb yazını elə oxuyasınız Brüggeyə səyahətim əslində qarışıq hisslərlə başlamışdı və bütün səyahətim boyu bu təzadlı hisslər bir-birini əvəz etdi. Əvvəlcə çox həyəcanla işdən çıxıb hava limanına yollandım, çünki Brüggeyə gedirdim – İn Bruges filmində görüb aşiq olduğum və səyahət etməyi çox arzuladığım Brüggeyə….

Addım-addım WizzAir bilet alışı

Blogumuzun facebook səhifəsinə gələn sualları görüb, qərara aldım ki, bloqda yeni bir bölmə açım. Bu bölmədə, blogda, e-maildə səyahətlə yaxından, uzaqdan əlaqəli olan mövzulardan ünvanladığınız suallara cavab tapmağa çalışacağıq. Bölmənin adı “Suallar” olacaq. Bu dəfə Facebook səhifəmizə “WizzAirin saytında olan check-in nədir” sualı gəlib və mart ayının 27dən WizzAirin Bakıdan birbaşa Budapeştə uçuşlarının başladığının nəzərə alıb…

Mərkəzi Avropanın incisi Budapeşt – 2 ci hissə Peşt

Keçən dəfəki yazımda Budapeştin Buda hissəsi haqqında yazmışdım, söz verdiyim kimi bu dəfə də Budanın “sevgilisi” Peştdən yazacam. Peşt Dunay çayının şərq hissəsində yerləşir. Şəhərin bir çox görməli yerləri, Parlament binası, Sent İştvan bazilikası və şəhər mərkəzi Peştdə yerləşir. İlk yazımızda Budapeştə necə getməli, hava limanından şəhərə necə çatmalı haqqında yazdığımdan bu dəfə bir başa…

Roma tətilləri

42x32x25sm ölçülərini aşmayan kürək çantamı çiynimə atıb liftin düyməsini basdım. Başladığım yol məni ilk öncə məşhur musiqiçi Ferens Listin adına olan Budapeştin beynəlxalq hava limanına, oradan isə Romaya aparacaqdı. Bu yol Romaya gedən yollardan yalnız biridir. 🙂 Roma səfərim çox mürəkkəb bir dövrə təsadüf edirdi. Noyabr ayında Parisdə baş verən terror hadisəsindən sonra Avropanın digər…

Mərkəzi Avropanın incisi Budapeşt – 1 ci hissə Buda

Əslində Budapeşt haqqında uzun zamandır yazmaq istəyirdim, amma mümkün olmurdu. Gah araya Almaniya yazısı girdi, gah Kiyev, bu dəfə, gələn səfər deyə-deyə indiyə qismət oldu. Il yarımdır Budapeştdə yaşadığımdan, bu şəhər haqqında yazılacaq çox şey var, tələbəliyimin bir hissəsi bu şəhərdə keçdiyindən bütün turistik və non-turistik əyləncə və istirahət məkanları haqqında az-çox bilirəm. Ona görə…

Minimum xərclə səyahəti necə təşkil etməli?! 1-ci hissə

Tez-tez səyahət edənlərə ən çox verilən suallardan biri də, “bu qədər səyahət xərclərini necə qarşılayırsan sualıdır?”. Həqiqətən də tez-tez səyahət etmək kifayət qədər xərcli işdir, xüsusilə də digər ölkələrə səyahət edirsənsə. Amma hər dəfə səyahət etdikcə, digər turistlərlə qarşılaşdıqca “səyahəti necə daha ucuza gətirmək olar?” sualıyla bağlı yeni-yeni məlumatlar, taktikalar öyrənirsən. Düşündüm ki, hara səyahət…